b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1573567274_1573563101_siyavusnovruzov-1.jpg
"Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkənin iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsinin daha da geniş şəkildə təqdim olunmasının, o cümlədən dövlət büdcəsindəki gəlirlərin artmasının şahidiyik”. 

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. 
 
O bildirib ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən ən böyük büdcədir: "Sosial ayırmalar da büdcənin çox böyük hissəsini əhatə edir. Hesab edirəm ki, bunu sosial büdcə kimi də təqdim edə bilərik”.
 
S. Novruzov qeyd edib ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca, genişləndikcə bunu bəzi qüvvələrin gözü götürmür: "Onlar istəyirlər ki, Azərbaycan da ayrı-ayrı dövlətlər kimi pis vəziyyətdə olsun, büdcəsi, gəlirləri olmasın. Xaricdən və daxildən bu işlə məşğul olan insanlar var. Bu gün hökumət, parlament üzvləri Milli Məclisdə Azərbaycanın dövlət büdcəsinin müzakirəsini aparır. Milli Məclisin deputatları sahəsinin, ərazisinin problemləri ilə bağlı öz təkliflərini irəli sürürlər. Bir qrup insan isə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirir. İndi xalqın maraqları ilə burada oturanlar məşğuldur, ya orda oturanlar? Sual olunur ki, nə hadisə baş verib ki, onlar piket keçirirlər? Hər hansı təklifləri varsa, Azərbaycan Prezidentinə, hökumətinə, Milli Məclisə yazılı şəkildə təqdim etsinlər. Bakı şəhər İcra Hakimiyyətinin qarşısında qarışıqlıq yaratmaq, ictimai asayişi pozmaq, orada yerləşən universitetdə və məktəblərdə dərslərin gedişinə maneçilik yaratmaq, seçki prosesi dövründə seçkilərə maneçilik törətmək nəyə xidmət edir, bu, artıq bəllidir”. 
 
Deputat söyləyib ki, onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, başa düşülərdi: "Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyənlər piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub”.
 
S. Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti, hökuməti görülən işləri hərtərəfli təqdim edir: "Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların büdcədən başları çıxmır”. 
 
YAP icra katibinin müavini çıxışı zamanı bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladaraq, siyasi partiyalara ayrılan vəsait artırılmasını təklif edib.

"apa"
06 Dekabr 2019 İlham Əliyev: TRACECA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
06 Dekabr 2019 Prezident: "İnsanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"
05 Dekabr 2019 Parlamentə növbədənkənar seçkilərin vaxtı bilindi - Prezidentdən sərəncam
05 Dekabr 2019 Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
04 Dekabr 2019 Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib
04 Dekabr 2019 Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ
03 Dekabr 2019 Prezident İlham Əliyev daha bir məmuru işdən çıxardı
03 Dekabr 2019 İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO
02 Dekabr 2019 Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı
02 Dekabr 2019 Mirşahin Cümşüdün müdafiəsinə qalxdı: "Guya Qarabağda döyüşən qadınları təhqir edib"- VİDEO
02 Dekabr 2019 Rusiyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
29 Noyabr 2019 Anar Ələkbərov Prezidentin köməkçisi oldu
29 Noyabr 2019 Ərdoğan NATO zirvəsində “Avropa üçlüyü”ndən vəsait tələb edəcək
28 Noyabr 2019 YAP Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət göndərib
27 Noyabr 2019 Əli Kərimlinin milyonları necə mənimsədiyi ifşa olundu - VİDEO
27 Noyabr 2019 Prezident sürüşmə zonası ilə bağlı tapşırıq verib
27 Noyabr 2019 Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”
26 Noyabr 2019 Prezident Valeri Gerasimovu edib
26 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqına təşəkkür etdi - FOTO
26 Noyabr 2019 Zelenski Putinlə telefon əlaqəsi yaratdı