b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_guler-ehmedova.jpg
Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun "Hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz – Rus və ya İngilis təhsil sektoru" fikri ictimaiyyət tərəfindən birmənalı qiymətləndirilməyib. 

Missiya.Az xəbər verir ki, şura sədrinin fikirləri sabiq millət vəkili Gülər Əhmədova tərəfindən də isti qarşılanmayıb.

Gülər Əhmədovanın “Facebook” hesabında paylaşdığı fikirləri olduğu kimi təqdim edirik: 
“Əziz və hörmətli Şahlar müəllim. Ən yaxşı tərbiyə şəxsi nümunədir. Sizin övladlarınız rus sektorunda oxuyub axı...Məntiq? Məsələn, düşünsəm ki, milləti elmdən, mədəniyyətdən, dünyaya inteqrasiyadan ayırıb təkdilli toplum halına gətirmək istəyirsiniz, haqlı olmarammı? Deyərsiniz ki, niyə təkdilli? 5-6 yaşından rus, alman, ingilis dilində danışan, yazan uşaq daha müvəffəq olar yoxsa 5- ci sinifdən? 4 il latın qrafikası ilə oxuyan bu yazıq uşaq birdən- birə 5- ci sinifdə artan dərslərlə birgə kiril əlifbasını necə öyrənəcək? Rus dili dünyada çətin qrammatikası və orfoqrafiyası olan dil sayılır. Hansı valideyn buna razılaşar ki, uşağının müvəffəqiyyəti aşağı düşsün ( ki, mütləq düşəcək) ki, attestatın 300 balını yığa bilməsin. Riyaziyyat, fizika, kimya, biologiya fənlərindən azərbaycan dilində elmi ədəbiyyat çoxdur, yoxsa rusca, ingiliscə? İnternetdə doğma dilimizdə adi elmi məsələlərlə bağlı heç nə yoxdur. Yalnız ingilis və rus dilində. Yenə də təhsilə pedaqogikanı bilməyən adamlar xocalıq edirsə, batmışıq vallah.

Şahlar müəllim, bütün çeçenlər rus dilində oxuyub. Bir ovucdurlar.  Niyə pərən-pərən düşmədilər? Daha bir düşündürücü sual. Sovet hökuməti niyə erməni və gürcünün əlifbasını dəyişmədi,  bizimkini dəyişdi? Təəssüf ki, problemin kökünü görmürsünüz və ya istəmirsiniz. Azərbaycanda milli ideya ətrafında tərbiyə prosesi qurulmalıdır! Milli tərbiyə-rusca, ingiliscə, ermənicə, kürdcə, ərəbcə, yaponca. Fərq etməz. Tərbiyə ilə bağlı sənədlər hazırlayın. AŞPA- da, Rusiyada vətənpərvər, lakin xarici dil bilməyən deputatlarımızın əziyyətlərini görmüşük, deyilmi? Bu gün rus, ingilis sektorunda oxuyan uşaqlar daha dünyagörünüşlü və vətənpərvərdirlər. Niyə? Çünki, informasiyaya tez ulaşa bilirlər, dünyada baş verənləri birinci əldən eşidir və görürlər. Siz, ictimai şura olaraq, milli ideyanı, tərbiyə üsullarını ortaya qoyun. Qoy hər kəs rus, ingilis, yapon dilində milli tərbiyə alsın. P.S.Hörmətli Şahlar müəllim siz orijinal görünməyi sevirsiniz. İdeyalarınız irrasional ola bilir. Məncə bu məsələdə yapmayın, lütfən. P.S.S.Bizə pulsuz müxtəlif ,əsasən rus, ingilis, dillərində təhsil verən məktəblər, elmi mərkəzlər lazımdır. Azərbaycanda dərs deyən amerikan, ingilis, rus, yəhudi, yapon xocalar lazımdır. Dövlət hesabına məktəb və universitetlərdə".

Missiya.Az

 

 

23 Yanvar 2020 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO
22 Yanvar 2020 Ərdoğan Rusiyadan niyə “S-400” aldı? – İlginc məqamlar
21 Yanvar 2020 Tehran və Kiyev raketlə vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər
20 Yanvar 2020 Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTO
18 Yanvar 2020 ABŞ İran generalına sanksiya tətbiq edib
17 Yanvar 2020 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi öldürülüb
17 Yanvar 2020 Putin Kadırova yüksək vəzifə təklif edib
16 Yanvar 2020 Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq
16 Yanvar 2020 MTRŞ sədri: "İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər normaldır"
15 Yanvar 2020 Prezident və xanımı Xoşbəxt Yusifzadənin yubileyində - FOTO
14 Yanvar 2020 Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ
13 Yanvar 2020 Prezident Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi
13 Yanvar 2020 Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
09 Yanvar 2020 İranda təyyarə qəzası ilə bağlı matəm elan edilib
09 Yanvar 2020 İranın hücumu nəticəsində ABŞ-a nə qədər zərər dəyib?
08 Yanvar 2020 Tramp Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
08 Yanvar 2020 SON DƏQİQƏ! İranın hərbi bazaya hücumu nəticəsində 80 ABŞ əsgəri öldürülüb
07 Yanvar 2020 Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi
07 Yanvar 2020 Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb
07 Yanvar 2020 ABŞ İranın XİN rəhbərinə viza verməkdən imtina edib