b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1571313974_kerimle.jpg Daxili İlər Nazirliyi və Baş Prokurorluq "28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlarla bağlı açıqlama yayıb. 


Missiya.Az
həmin açıqlamanı təqdim edir:

"Son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin "28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib.

Bildirilir ki, Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar”.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatında bəyan edilib ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək: 

"Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək”.

 


11 İyul 2020 Prezident Cahangir Əsgərovla bağlı sərəncam imzaladı
10 İyul 2020 Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı - AÇIQLAMA
09 İyul 2020 İlham Əliyev açılış etdi - FOTO
08 İyul 2020 “Prezidentin ismarıclarından hər kəs özü üçün nəticə çıxarmalıdır…” – Qənirə Paşayeva
08 İyul 2020 Prezident bu şəxsi vəzifəsindən azad etdi
07 İyul 2020 Virusun yaratdığı iqtisadi gərginlik və Prezidentin verdiyi mühüm mesajlar – Azərbaycan vəziyyətdən necə çıxacaq?
06 İyul 2020 "Kifayət qədər boş çarpayılarımız var, ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq" - Prezident
06 İyul 2020 Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verdi
03 İyul 2020 "Xüsusi karantin rejiminin uzadılması pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb" - Sədaqət Vəliyeva
03 İyul 2020 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
02 İyul 2020 Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”
29 İyun 2020 Dünyanı xilas etmək missiyası – İlham Əliyev BMT-ni hərəkətə gətirir
27 İyun 2020 “MTN-in belə əməkdaşı olmayıb” - DTX məlumat yaydı
27 İyun 2020 “Ermənistanın heç bir təxribatı cavabsız qalmayacaq” - XİN
25 İyun 2020 Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
25 İyun 2020 İlham Əliyevdən Təhsil Nazirliyi ilə bağlı SƏRƏNCAM
24 İyun 2020 İlham Əliyevdən Ziyad Səmədzadə ilə bağlı SƏRƏNCAM
23 İyun 2020 Prezident onları təltif etdi - SİYAHI
23 İyun 2020 "...onu Vüqar Səfərli ilə bir qəbirdə dəfn etsinlər" - Elşad Eyvazlı avtobusdakı əhvalatdan danışdı
22 İyun 2020 Zakir Həsənov: "Şoyquya yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın"