b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_daglar.jpg
Tanınmış jurnalist Nicat Dağların bloqunda "Müsavata Tofiq təhlükəsi və “Yurd”un KXCP planı – Kərimlinin oyunu baş tutacaqmı?" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Müsavatın qurultayı yaxınlaşdıqca başqan seçimlərinin kimin xeyrinə yekunlaşacağına dair suallar ətrafında müzakirələr də qızışır. Üç namizəd var: hazırkı başqan Arif Hacılı, tanınmış müsavatçı Yadigar Sadıqlı və həbsdən çıxandan sonra Əli Kərimlinin “qənədləri” altına sığınmış Tofiq Yaqublu. Namizədlər vitrinində Arif Hacılı üstün görünsə də kənardan uzanan barmağın ona problem yaradacağı da istisna olunmur. Deyəcəksiniz ki, söhbət hansı barmaqdan və ya kimin barmağından gedir? Cavab verim: əlbəttə ki, Əli Kərimlinin.


Aydındır ki, başqanlıq uğrunda mübarizə əsasən Arif Hacılı ilə Tofiq Yaqublu arasında gedəcək. Daha doğrusu, proses artıq başlayıb. Namizədlər xeyli müddətdir ki, təbliğat işlərilə məşğul olur, qurultay nümayəndələri ilə görüşlər keçirib dəstək almağa çalışırlar. İlk baxışdan normal və təbii mənzərədir: Müsavatçı namizədlər partiyadakı əsas post uğrunda mübarizə aparırlar. Amma...

Pərdənin arxasında tamam başqa oyunlar gedir. İş burasındadır ki, Tofiq Yaqublunun namizdəliyi layihə olaraq ortaya atılıb və bu layihənin müəllifi də, dediyim kimi, Əli Kərimlidir. Onun patronajlığı ilə Müsavata qarşı qurulmuş plan hazırda tam gücü ilə işə salınıb. Məqsəd Müsavat Partiyasını ələ keçirmək, onu AXCP-nin yedək təşkilatına çevirməkdir.

Oyuna xeyli əvvəldən başlayıblar - Tofiq Yaqublu həbsdə olduğu dövrlərdən. “Darda olanların həmdəmi”, “Çarəsiz qalanların dəstəkçisi” kimi obrazlarda özünü dəfələrlə sınamış Əli Kərimli bu gün işə saldığı planın təməl daşlarını Yaqublu ailəsinin dəstəkçisi roluna girərkən atıb. Hiyləgər davranışlarla elə təsəvvür yaratmağa çalışdı ki, guya müsavatçılar Tofiq Yaqublunu tamamilə unudub, ailəsini taleyin ümidinə buraxıblar və yalnız AXCP-nin “himanitar missiyası” ilə çarəsizlərin dərdinə əlac qılmaq mülkün olub. Bütün bunların hamısı Tofiq Yaqublunu AXCP-yə və Milli Şuraya meyilləndirmək üçün idi. İstəyinə nail oldu – bazarlıqlar, bayram ziyafətləri öz işini görərək Tofiq Yaqublunu Əli Kərimliyə biət etməyə həvəsləndirdi...

Tofiq Yaqublunun həbsdən çıxdığı dövrdən bu vaxta qədərki fəaliyyətini analiz etdikdə, onun müsavatçı kimi təqdim olunmasına əsasə yarada biləcək balaca bir elementə də rast gələ blmərik. Təsadüfi deyil ki, bu gün Tofiq Yaqublu siyasi çevrələrdə, “Müsavat vəsiqəsi daşıyan Əli Kərimli” əsgəri kimi “ad çıxarıb”. İndi bu adam Müsavat Partiyasının başqanlığına namizəddir. Çünki layihə belədir, qurulmuş plan bunu tələb edir. Əli Kərimli onun vasitəsi ilə Müsavatı özününküləşdirmək, bu partiya üzərində tam nəzarət imkanları əldə etmək istəyir. Deyə bilərik ki, hədəfin bir addımllığındadır – müsavatçılar gizli görüşlərdə, separatçı danışıqlarda Tofuq Yaqublunun xeyrinə ortaya atılan “arqumentlərin” təsiri altına düşüb Arif Hacılıdan üz çevirərlərsə, bu halda Müsavat kimi qos-qoca partiya Əli Kərimlinin iradəsindən asılı vəziyyətə düşəcək qədər yaman günə qalacaq. Odur ki, Qurultay nümayəndələri yanılmamalı, Müsavata AXCP-nin arxasınca sürünmək, Əli Kərimlinin barmağı ilə idarə olunmaq taleyini yaşatmamalıdırlar. Bacaracaqlarmı? Oyunu poza biləcəklərmi? Bunu sandıqlar açılanda biləcəyik. Hələliksə ancaq bunu deyə bilərik:

İsa köməyiniz olsun!

Əli Kərimli təkcə Müsavatı deyil, Klasssik Xalq Cəbhəsi Partiyasını da hədəfə alıb. Mirmahmud Mirəlioğluna qarşı aparılan kampaniyanın arxasında da onun barmağı görünür. Əli Kərimli başqa bir “Tofiq Yaqublunu” da KXCP-nin sədri postuna namizəd hazırlayıb – Oqtay Gülalıyevi. Taleyin ironiyasıdır – bir vaxtlar partiyadan qovdurduğu, Elçibəy sevdalısı, Mirmahmud Mirəlioğlu tərəfdarı kimi “qara siyahıya” saldığı KLASSİK cəbhəçidən elə Mirmahmud Mirəlioğluna qarşı istifadə edir. Başqalarını “əqidəsizlikdə”, “prinsipsizlikdə”, “mövqe dəyişikliyində” ittiham edənlər Kərimlidən hansı zərbələri aldıqlarını unudaraq illərlə çörək kəsdikləri, çiyin-çiyinə dayandıqları, ağsaqqal dedikləri adamı rüsvay etmək üçün bütün vasitələrə əl atırlar. Özü də bu işə qol çirməyərək girişiblər – üzücüdür, eybəcər mənzərədir.

Hamı bilir ki, KXCP sədrinə qarşı aparılan kampaniya heç bir halda onun hansısa “yalnışına”, “idarçəlikdəki nöqsanlarına” görə deyil. Baş verənlərin alt qatında KXCP-ni Əli Kərimliyə təslim etmək kimi böyük bir plan dayanır. Reallaşarsa, həyata keçirməyi bacararlarsa, bu halda Gülalıyev KLASSİK xonçanı aparıb qoyacaq Əli Kərimlinin qarşısına. KXCP-çilər belə bir aqibətlə üzləşmək istəyərlərmi? Əli Kərimlinin KXCP üzərində hömkranlıq etməsinə imkan verərlərmi? Hələlik bu suallara da dəqiq cavab vermək çətindir. Görünən odur ki, KXCP-çilər hansı təhlükəli situasiya ilə üzləşdiklərini hələ dərk edə bilməyiblər. Yaranmış vəziyyət dəqiq qiymətləndirilsəydi, indi həyəcan təbili çalınmalı idi...

Sabah gec ola bilər. Bir də gözlərini açarlar ki, Mirmahmud Mirəlioğlunun yerində Əli Kərimli oturub, Bəybala Əbilin kabinetini veriblər Fuad Qəhrəmanlıya, Xəzər Teyyublunun otağını isə Seymur Həzi üçün ayırıblar. Qərargahın qapısında da iri hərflərlə yazılıb: YURD

Dirəniş indi göstərilməsə, təhlükənin qarşısını almaq üçün gərəkli addımlar atılmasa, sabah Ağanın cəddi də KXCP-ni xilas edə bilməyəcək!
 
 
19 Oktyabr 2019 "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik" - Zubair Mahmud Hayat
18 Oktyabr 2019 Əli Həsənov: "Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib"
18 Oktyabr 2019 Tramp: "Ərdoğan çox yaxşı liderdir"
17 Oktyabr 2019 DİN və Baş Prokurorluq AXCP rəhbərliyinə xəbərdarlıq etdi
17 Oktyabr 2019 "AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə böyük zərbə vurulmuşdu" - Prezidentin köməkçisi
17 Oktyabr 2019 PKK İŞİD-dən daha təhlükəlidir - Donald Tramp
16 Oktyabr 2019 Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
15 Oktyabr 2019 Trampdan Türkiyəyə qarşı sərt addım: Sanksiya tətbiq edəcək
14 Oktyabr 2019 İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14 Oktyabr 2019 “Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə görüşəcəm” - Ərdoğan
14 Oktyabr 2019 Ərəb dövlətlərindən Ərdoğana zərbə: “İşğalçı” dedilər
13 Oktyabr 2019 Müsavat Partiyasının yeni başqanı məlum oldu – Səsvermənin NƏTİCƏLƏRİ
11 Oktyabr 2019 Rəsmi Bakı Türkiyənin anti-terror əməliyyatını dəstəklədi - BƏYANAT
11 Oktyabr 2019 Fransa Prezidenti İlham Əliyevə zəng edib dəstək istədi
10 Oktyabr 2019 Terrorçular canlarını qurtarmaq üçün bu yola əl atdılar - Türkiyə ordusu sürətlə irəliləyir - VİDEO
09 Oktyabr 2019 Rusiyalı deputat: "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib"
09 Oktyabr 2019 İsa Qəmbər qurultayda dəstəkləyəcəyi namizədi açıqladı
09 Oktyabr 2019 “Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq - Əli Əhmədov
08 Oktyabr 2019 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında
08 Oktyabr 2019 Əli Əsədov: Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm