b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_71103690_1612259945575415_2147257827209510912_n.jpg

Müsavat Partiyasının oktyabrın 12-nə təyin edilən Qurultayına saylı günlər qaldığı bir vaxtda, kənardan idarə olunan “başqan oyunları”nın konturları daha aydın şəkildə sezilməkdədir.

Hazırkı başqan Arif Hacılı, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və digər müavin Yadigar Sadıqlı partiya rəhbərliyinə iddialıdır.

İddiaçılar arasında Yadigar Sadıqlı Müsavat Patiyasında elə də böyük nüfuza malik deyil. Ona görə də indidən demək olar ki, əsas rəqabət başqan Arif Hacılı və müavini Tofiq Yaqublu arasında gedəcək.

Sirr deyil ki, Tofiq Yaqublu həbsdən azad olunduqdan sonra əsasən Əli Kərimlinin maraqları daxilində fəaliyyət göstərir. Onun Müsavat rəhbərliyi ilə münasibətlərində soyuqluq yarandığı çoxlarına məlum olan həqiqətdir. Tofiq Yaqublu rəsmən Müsavat təmsilçisi olsa da, bu gün böyük həvəslə Milli Şuranın müəyyən etdiyi xətt üzrə hərəkət edir. Başqa sözlə, o bu gün daha çox Əli Kərimliyə biət edən müsavatçı kimi tanınır. Tofiq Yaqublunun Osmanqızı TV Youtube kanalında “ulduza” çevrilməsi də əslində Əli Kərimlidən gələn məsləhətin nəticəsidir. Kərimlinin şəxsi nəzarətində olan kanallarda isə Tofiq Yaqublu əsas ekspertlərdən biridir. Görünən odur ki, Əli Kərimli Yaqublunun “döyüşkən” və bir qədər də “rejimə qarşı amansız” obrazını yaratmaqda maraqlıdır.

Analitik təfəkkürə malik olmayan, yalnız “basməmmədi” janrından istifadə edərək tamaşaçını “ovsunlamağa” çalışan Yaqublunun bu gün Müsavat başqanlığına namizəd olması da onun şəxsi iradəsindən və ya müsavatçıların istək və arzularından irəli gəlmir. Onu Müsavatın başqanı postunda görmək istəyən Əli Kərimlidir. O, bu yolla Müsavat Partiyasını bütövlüklə öz nəzarəti altına salıb, Milli Şura adlı dərnəyi Müsavat loqosu ilə də “bəzəməyə” çalışır.

Əldə olunan məlumata görə, Əli Kərimli Müsavatın Qurultayı ilə bağlı gizli oyun qurub. Başda Tofiq Yaqublu olmaqla Kərimlinin adamları Müsavat-ın rayon təşkilatlarının fəalları ilə görüşlər keçirir və onları Arif Hacılıya qarşı çıxmağa həvəsləndirirlər. Əsas tezis də budur ki, Arif Hacılı Müsavatı dişsiz təşkilata çevirib, nüfuzdan salıb, üzvlərin pərən-pərən düşməsinə səbəb olub. Partiyanın əzəli mövqelərinin itirilməsində məhz Arif Hacılını günahkar bilən AXCP emissarları müsavatçıları Tofiq Yaqublunu dəstələməyə həvəsləndirir və onları inandırmağa çalışırlar ki, Tofiq Yaqublu Müsavatın şöhrətini qısa zamanda özünə qaytaracaq. Yaqublunun internet kanallarındakı çıxışlarına istinadən edənlər, “Özünüz görürsünüz ki, Tofiq bəy qorxmazdır, rejimə qarşı sərtdir” kimi işarələrə üstünlük verir, paralel olaraq isə Arif Hacılının prinsipiallıq və qorxmazlıq göstəriciləri, eləcə də liderlik keyfiyyətlərinə malik olmadığına diqqət yönəldirlər.

Göründüyü kimi, Əli Kərimli Müsavat ətrafında növbəti oyuna girişib. Bu dəfə Müsavata sahiblənmək, oyuncaq başqan seçdirməklə partiyanı tamamilə öz iradəsinə tabe etdirmək niyyətinə düşüb. Bacaracaqmı? Müsavatçılar onun qurduğu tələyə düşəcəkmi? Hələlik bu suallara cavab vermək çətindir. Hər halda Arif Hacılının da preventiv tədbirlərə əl atacağı istisna olunmur. Çox ehtimal ki, o, bu dəfə də İsa Qəmbərin imkanlarından yararlanmağa çalışacaq.

İndi ancaq onu dəqiqliklə söyləmək olar ki, Əli Kərimlinin qurduğu oyun baş tutarsa, bu halda müsavatçılar partiyadan əllərini üzməli olacaqlar. Tofiq Yaqublu qos-qoca Müsavatı AXCP-nin yedəyinə çevirəcək.

Elvin Məmmədov
Missiya.Az

19 Oktyabr 2019 "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik" - Zubair Mahmud Hayat
18 Oktyabr 2019 Əli Həsənov: "Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib"
18 Oktyabr 2019 Tramp: "Ərdoğan çox yaxşı liderdir"
17 Oktyabr 2019 DİN və Baş Prokurorluq AXCP rəhbərliyinə xəbərdarlıq etdi
17 Oktyabr 2019 "AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə böyük zərbə vurulmuşdu" - Prezidentin köməkçisi
17 Oktyabr 2019 PKK İŞİD-dən daha təhlükəlidir - Donald Tramp
16 Oktyabr 2019 Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
15 Oktyabr 2019 Trampdan Türkiyəyə qarşı sərt addım: Sanksiya tətbiq edəcək
14 Oktyabr 2019 İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14 Oktyabr 2019 “Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə görüşəcəm” - Ərdoğan
14 Oktyabr 2019 Ərəb dövlətlərindən Ərdoğana zərbə: “İşğalçı” dedilər
13 Oktyabr 2019 Müsavat Partiyasının yeni başqanı məlum oldu – Səsvermənin NƏTİCƏLƏRİ
11 Oktyabr 2019 Rəsmi Bakı Türkiyənin anti-terror əməliyyatını dəstəklədi - BƏYANAT
11 Oktyabr 2019 Fransa Prezidenti İlham Əliyevə zəng edib dəstək istədi
10 Oktyabr 2019 Terrorçular canlarını qurtarmaq üçün bu yola əl atdılar - Türkiyə ordusu sürətlə irəliləyir - VİDEO
09 Oktyabr 2019 Rusiyalı deputat: "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib"
09 Oktyabr 2019 İsa Qəmbər qurultayda dəstəkləyəcəyi namizədi açıqladı
09 Oktyabr 2019 “Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq - Əli Əhmədov
09 Oktyabr 2019 Müsavata Tofiq təhlükəsi və “Yurd”un KXCP planı – Kərimlinin oyunu baş tutacaqmı?
08 Oktyabr 2019 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında