b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568196938_gorus.jpg

Bakıda hakim Yeni Azərbaycan Partiyası və digər siyasi partiyaların, media, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən dəyirmi masada bəyanat qəbul edilib.

Missiya.Az xəbər verir ki, bəyanatda deyilir:

"Biz, "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş "Dəyirmi Masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,

- Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,

- Ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,

- Vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,

- Respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk”.

 
23 Yanvar 2020 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO
22 Yanvar 2020 Ərdoğan Rusiyadan niyə “S-400” aldı? – İlginc məqamlar
21 Yanvar 2020 Tehran və Kiyev raketlə vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər
20 Yanvar 2020 Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTO
18 Yanvar 2020 ABŞ İran generalına sanksiya tətbiq edib
17 Yanvar 2020 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi öldürülüb
17 Yanvar 2020 Putin Kadırova yüksək vəzifə təklif edib
16 Yanvar 2020 Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq
16 Yanvar 2020 MTRŞ sədri: "İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər normaldır"
15 Yanvar 2020 Prezident və xanımı Xoşbəxt Yusifzadənin yubileyində - FOTO
14 Yanvar 2020 Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ
13 Yanvar 2020 Prezident Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi
13 Yanvar 2020 Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
09 Yanvar 2020 İranda təyyarə qəzası ilə bağlı matəm elan edilib
09 Yanvar 2020 İranın hücumu nəticəsində ABŞ-a nə qədər zərər dəyib?
08 Yanvar 2020 Tramp Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
08 Yanvar 2020 SON DƏQİQƏ! İranın hərbi bazaya hücumu nəticəsində 80 ABŞ əsgəri öldürülüb
07 Yanvar 2020 Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi
07 Yanvar 2020 Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb
07 Yanvar 2020 ABŞ İranın XİN rəhbərinə viza verməkdən imtina edib