b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdfdfgrrr.jpg

“Biz müharibəni təkcə səngərlərdə deyil, xarici ölkələrdə də aparırıq”. Azadinform xəbər verir ki, bu barədə Diaspor Gənclərinin II Yay Düşərgəsinin əhəmiyyəti ilə bağlı “Xəzər” TV-yə müsahibəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, yay düşərgəsində iştirak edən xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə tanışlığı gələcək fəaliyyətlərində onlara böyük stimul verir: “Diaspor fəallarının Azərbaycana qarşı yönələn informasiya müharibəsinə qarşı dik duruşu səngərdə düşmənlə üz-üzə dayanan əsgərlərimizin fədakarlıqları qədər mühümdür. Səngərdəki gənc əsgərlərimiz kimi xaricdəki gənc diaspor fəallarımız da düşmənə qarşı istənilən platformada mübarizə aparmağa hazırdır”.

Xatırladaq ki, dünən Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib. Düşərgə iştirakçıları Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi önünə gül dəstələri qoyduqdan sonra Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ikinci ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz bu irimiqyaslı layihə çərçivəsində doğma Vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda, layihənin hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, Diaspor Gənclərinin Yay düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan gənc azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb.

Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir. Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.

19 Sentyabr 2019 Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19 Sentyabr 2019 Azərbaycan Dilqəm və Şahbazın dəyişdirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etdi
18 Sentyabr 2019 Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib - İDDİA
18 Sentyabr 2019 İlham Əliyev görüş keçirib - FOTO
18 Sentyabr 2019 Ermənistan hökuməti böhranda - Daha bir güc strukturunun rəhbəri istefa verdi
18 Sentyabr 2019 Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı
17 Sentyabr 2019 Ərdoğan husilərin Səudiyyəyə hücumuna münasibət bildirib: Əvvəl kim başlayıb?!
17 Sentyabr 2019 Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"
17 Sentyabr 2019 Ərdoğan, Putin və Ruhaninin Ankara görüşündə razılıq əldə olundu - FOTO
17 Sentyabr 2019 Putin “Quran”dan sitat gətirdi - VİDEO
16 Sentyabr 2019 İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında - FOTO
13 Sentyabr 2019 Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur - Rəsmi Bakıdan bəyanat
12 Sentyabr 2019 İlham Əliyev AŞPA Prezidentini qəbul etdi
12 Sentyabr 2019 Prezident İlham Əliyev “Xətai” stansiyasında görülən işlərlə tanış olub - FOTO
12 Sentyabr 2019 Xanlar Fətiyev: “Dövlətçiliyimizin qorunması üçün hər birimiz var gücümüzlə çalışmalıyıq”
11 Sentyabr 2019 “Azərbaycanda uşaq pulu verilmir” fikri doğru deyil” - Əli Əhmədov
11 Sentyabr 2019 İqtidarla müxalifət birgə bəyanat yaydı
10 Sentyabr 2019 Putin 30 general və polkovniki işdən çıxardı
10 Sentyabr 2019 AŞ PA prezidenti Azərbaycana niyə gəlir?
10 Sentyabr 2019 İsrail İranla bağlı dünyada bomba effekti yaradacaq görüntülər tapdı - VİDEO