b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_66378372_480883655788044_6499752460632981504_n.jpg
“Gəncə dövlətimizə və dövlətçiliyimizə məhəbbətin rəmzi olan qədim şəhərdir. Düz bir il bundan qabaq, mərkəzi meydanda məkrli qüvvələr dövlətimizə və milli maraqlarımıza qarşı çıxıb təxribat törətməyə cəhd etdilər. Nəticədə qan töküldü. Ayrı-ayrı şəhər və rayonlardan olan radikal qruplar meydanda ictimai asayışı pozmağa, çaxnaşmalar yaratmağa cəhd göstərdilər və nəticədə iki yüksək rütbəli polis əməkdaşı - polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhid oldular. Bu, Azərbaycan dövlətçiliyinə qarşı məqsədli şəkildə təşkil olunmuş bir qəsd aktı idi”. 
 
Missiya.Az xəbər verir ki, bu açıqlama ilə Milli Məclisin deputatı Xanlar Fətiyev çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın inkişafını, qüdrətli dövlətə çevrilməsini istəməyən bəzi xarici dövlətlərin xüsusi kəşfiyyat orqanları və onlara xidmət edən, terroru dəstəkləyən buradakı xainlə  müxtəlif yollarla  ölkədəki sabitliyi pozmağa, xaos yaratmağa çalışıblar: 
 
"Meydanda qarşıdurmalar yaradan radikal dini qruplara şəhər əhalisi dəstək vermədi, əksinə, baş verənlər qəti şəkildə pislənildi. Həmin o çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, onlar Dövlətə bağlı, Prezidentə sadiqdirlər və müstəqilliyimizin qorunması üçün bütün fədəkarliqlara hazırdırlar.  

Xatırlayırsınızsa həmin xaos və qarışıqlıq cəmi 1 saata yaxın çəkdi. Hüquq mühafizə orqanlarının əməkdaşları ictimai əsayişi pozanlara qarşı tez bir zamanda ciddi ölçü götürdü və ixtişaş törətmək istəyənləri həbs etdilər. Həmin hadisələr ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində idi. Dövlət başçısı da Gəncə hadisələrinə hüquqi qiymət verdi və Gəncə şəhərində baş verənləri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu xüsusi vurğuladı. Bu gün aparılan istintaq da bir daha sübut edir ki, bu, düşünülmüş, xüsusi hazırlanmış bir təxribat idi” - deyə millət vəkili bildirib. 


25 May 2020 XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir
22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır - Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Prezident nazir müavini təyin etdi
21 May 2020 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
21 May 2020 Prezident İmişli rayonuna İcra Başçısı təyin etdi - SƏRƏNCAM
15 May 2020 Gənclər Cənab Prezidentə minnətdardır
15 May 2020 Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi
14 May 2020 Prezidentdən Tibb Universitetilə bağlı SƏRƏNCAM
14 May 2020 Prezident bu rayona 652 min manat ayırdı - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda məmurlar vətəndaşları belə qəbul edəcək - Prezidentdən FƏRMAN
13 May 2020 Konstitusiya Məhkəməsi Zakir Qaralov barədə qərar verə bilər
13 May 2020 Baş Nazir yeni qərar imzaladı
12 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska fabrikinin açılışını etdilər - FOTO
09 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
08 May 2020 Vladimir Putin Azərbaycan xalqını təbrik etdi
07 May 2020 İlham Əliyev koronavirusa görə tapşırıq verdi:"Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq"
07 May 2020 Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib
07 May 2020 İlham Əliyev: "Sosial-iqtisadi inkişafda enmə müşahidə etməyimiz istisna deyil"
06 May 2020 Prezident DTX-nin saxladığı İcra başçısı ilə bağlı sərəncam imzaladı
06 May 2020 Deputatlar bu icra başçısına görə mübahisə etdi: "25 yetimin yesirin qapısını..." - VİDEO