b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Yemen-ordusu-erebistan-erazisinde.jpg
Yəmənin “Ənsar Alla” (husilər) hərəkatının döyüşçüləri son üç sutka ərzində Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nacran əyalətində bu ölkənin ordusunun mövqelərinə irimiqyaslı hücuma keçiblər və bir sıra hərbi və polis sərhəd məntəqələrini ələ keçiriblər.

Missiya.Az
xəbər verir ki, Yəmənin “Saba” agentliyinin bildirdiyinə görə, 20-dən çox məntəqə husilərin əlinə keçib.

Husilərin komandanlığı bildirib ki, Səudiyyə Ərəbistanının ordusunun və təhlükəsizlik qüvvələrinin obyektləri 72 saatlıq əməliyyat nəticəsində monarxiyanın ərazisinə daxil olmaqla ələ keçirilib.

Mənbə qeyd edir ki, husilər üç istiqamətdən hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri tərəfindən hücuma keçmiş husilərin mövqelərinə 75-ə yaxın hava zərbəsinin endirildiyi bildirilir. Lakin bu zərbələr Yəmən döyüşçülərinin hücumunu dayandıra bilməyib.

Hələlik krallıq hakimiyyəti husilərin Səudiyyə Ərəbistanı ərazisinə irimiqyaslı müdaxiləsi barədə rəsmi məlumat verməyib.

 

 

18 Noyabr 2019 Prezident Vasif Talıbovu qəbul etdi
18 Noyabr 2019 Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı - VİDEO
15 Noyabr 2019 Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 2019 Almaniyadan Bakıya mühacir köçü başladı - Onlarla azərbaycanlı deport edildi
14 Noyabr 2019 Amerikalı senator "erməni soyqırımı" qanun layihəsini blokladı
14 Noyabr 2019 Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim etdi
14 Noyabr 2019 Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları - Əli Həsənovun yazısı
14 Noyabr 2019 Müxalifətin mühacir biznesi Almaniyada ifşa olundu - Həbs olunanlar var - SİYAHI
13 Noyabr 2019 Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verib
13 Noyabr 2019 Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM
13 Noyabr 2019 Siyavuş Novruzov: “Nə hadisə baş verib ki, piket keçirirlər?”
12 Noyabr 2019 Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı
12 Noyabr 2019 Nazarbayev Putinlə Zelenskini görüşdürür
12 Noyabr 2019 Bu ölkə Boliviyanın keçmiş prezidentinə sığınacaq verdi
11 Noyabr 2019 Boliviya prezidenti istefa verib
08 Noyabr 2019 Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB
08 Noyabr 2019 Prezidentin Bayraq Günü ilə bağlı paylaşımı - VİDEO
07 Noyabr 2019 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirdi
06 Noyabr 2019 İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı
06 Noyabr 2019 Müsavat Partiyası mitinqi təxirə saldı