1555675480_2619e716-9c8b-4c1a-a211-6781c9001774.jpg
ReAl Partiyasının sabiq üzvü, tarixçi alim Altay Göyüşov müxalifəti tənqid edib.
 
A.Göyüşov sosial şəbəkədəki hesabında yazıb ki, Ümid Partiyasının sədri İqbal Ağazadə 2013-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevi dəstəkləyib, indi də Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birgə müxalifətin tədbirində bir yerdə oturublar.
 
O, 2013-cü ildə Milli Şuradan istefa verən Eldar Namazov barəsində isə deyib ki, E.Namazov 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyib: "ReAl Partiyasının sədri İlqar Məmmədov da həbsdən çıxandan sonra Eldar Namazovla görüşüb, şəkil paylaşıb, məsləhətləşmələr aparıb. Məncə, elə siz də İlham Əliyevi dəstəkləyin, məsələ bitsin”.
 
İlqar Məmmədov isə bu çağırışı qəbul etmədiyini bildirib.
 
Cəmil Həsənli A.Göyüşovun dediklərində haqlı olduğunu qeyd edib.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə A.Göyüşovun mövqeyi ilə razılaşmayıb: "Böyük yanlışlığa yol vermisiniz. Şəxsimlə bağlı iradınız varsa, məni sevmirsinizsə, hörmət etmirsinizsə sizə deyəcək nəsə sözüm yoxdur. Buna borclu deyilsiniz. Lakin yolumla bağlı yalan və böhtanlara cavab verməyə, doğru olub-olmamasını sizinlə dartışmağa hazıram. İstəsəniz açıq dioloq edək və sosial şəbəkədəki dostlar da iştirak etsin. Mən addımlarıma və siyasi kursuma cavab vermək və arxasında dayanmaq iqtidarındayam”.

Report


03 İyul 2020 "Xüsusi karantin rejiminin uzadılması pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb" - Sədaqət Vəliyeva
03 İyul 2020 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
02 İyul 2020 Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”
29 İyun 2020 Dünyanı xilas etmək missiyası – İlham Əliyev BMT-ni hərəkətə gətirir
27 İyun 2020 “MTN-in belə əməkdaşı olmayıb” - DTX məlumat yaydı
27 İyun 2020 “Ermənistanın heç bir təxribatı cavabsız qalmayacaq” - XİN
25 İyun 2020 Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
25 İyun 2020 İlham Əliyevdən Təhsil Nazirliyi ilə bağlı SƏRƏNCAM
24 İyun 2020 İlham Əliyevdən Ziyad Səmədzadə ilə bağlı SƏRƏNCAM
23 İyun 2020 Prezident onları təltif etdi - SİYAHI
23 İyun 2020 "...onu Vüqar Səfərli ilə bir qəbirdə dəfn etsinlər" - Elşad Eyvazlı avtobusdakı əhvalatdan danışdı
22 İyun 2020 Zakir Həsənov: "Şoyquya yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın"
22 İyun 2020 Prezident yerüstü keçidin açılışını etdi - FOTO
22 İyun 2020 Müdafiə Nazirliyi Şuşanı niyə bombalamadı? - Zakir Həsənovdan Vahid Əhmədova sərt cavab
20 İyun 2020 Azərbaycanda deputat koronavirusa yoluxdu
19 İyun 2020 Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdü - FOTO
18 İyun 2020 Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
18 İyun 2020 Azərbaycan-İran sərhədində atışma - Ölən var
17 İyun 2020 Prezident: “Sudan bu cür sui-istifadə qəbuledilməzdir”
17 İyun 2020 İlham Əliyev Dünya Bankının yeni vitse-prezidenti ilə videokonfrans keçirdi - FOTO