b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_armsoldier-768x403.jpg

Ermənistanda İkinci Qarabağ Müharibəsindən sonra başlayan xaos daha da dərinləşməyə başlayıb.

Missiya.Az xəbər verir ki, müharibədə itkin düşən və əsir götürülən əsgər ailələri hər gün baş nazir Nikol Paşinyanın ofisinin qarşısında etiraz aksiyası keçirirlər. Onlar övladlarının taleyi barədə heç bir məlumat ala bilmədiklərini deyirlər.

Artıq əsgər ailələrinin yerli hökumətdən əli üzülüb və başqa ölkələrin rəsmi şəxslərindən, həmçinin humanitar təşkilatlardan kömək istəyirlər.

İtkin düşən erməni əsgərin anası Laura Nersesova Rusiya Prezidenti Vladimir Putinə, Ermənistanın Rusiyadakı səfirliyinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və İran səfirliyinə müraciət edib.

Laura Nersesova Sputnik Ermənistana açıqlamasında bildirib ki, 42 gündən çoxdur bir çox valideynlər öz övladlarından xəbər ala bilmir: “Biz bilmirik ki, onlar sağdır, yoxsa ölüblər”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_25357413-768x403.jpg

Əsgər anası Vladimir Putinə müraciət edib: "Əziz Vladimir Putin, sizdən çox xahiş edirik, yalvarırıq, bizim uşaqlarımıza kömək edin. Oğlum Erik Nersesova sürücü idi. Komandirin sürücüsü kimi xidmət edirdi. Oktyabrın səkkizində Qarabağa yola düşdü. Sonuncu dəfə bizimlə oktyabrın 20-də əlaqə saxlayıb. Həmin vaxtdan sonra xəbər yoxdur. Onlar bizdən kömək gözləyirlər. Biz sizin köməkliyinizlə onları azad edə bilərik. Bütün valideynlər sizə yalvarır” - deyə, əsgər anası Putinə müraciətində bildirib.

Laura Nersesova etiraf edib ki, onun üçün 42 gün 420 il kimi uzun keçib. Erməni qadın Qırmızı Xaçın Azərbaycan nümayəndəliyindən əsirlərin qaytarılması prosesini sürətləndirməsini istəyib.

Qeyd edək ki, əsgər anaları hər gün Ermənistanın hükumət binasının, Müdafiə Nazirliyinin və digər strateji binaların qarşısında etiraz aksiyası keçirirlər.

 

Elvin
Missiya.Az

 



21 Yanvar 2021 Azərbaycan əhalisi üçün niyə məhz "Sinovak" vaksini seçildi?- Missiya Müsahibə
21 Yanvar 2021 Bakıda 3 milyonluq "kupçalı" obyektin sökülməsinə görə məsuliyyəti kim daşıyır? - FOTO
21 Yanvar 2021 “Azərbaycan əsgərləri Kərki kəndində sərhəd xəttini müəyyənləşdirir” – Erməni deputat
21 Yanvar 2021 "Ermənistanda siyasi vəziyyət gərginləşir, Paşinyan müxalifətə təzyiqləri artıracaq" - Ramin Əhmədov
20 Yanvar 2021 Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO
20 Yanvar 2021 Putinin Monako dövlətindən 39 dəfə böyük sarayı - Navalnı görüntülər yaydı - KREMLDƏN REAKSİYA
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
19 Yanvar 2021 İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2021 Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi - FOTO
18 Yanvar 2021 “Paşinyan Moskvaya getdi və İlham Əliyevin qarşısında diz çökdü” – Erməni deputat "Böyük Turan" proqramından danışdı
18 Yanvar 2021 "Qarabağ müharibəsi Ərdoğana "Turan Ordusu" qurmaq üçün perspektivlər açdı" - İranlı ekspert
18 Yanvar 2021 Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
18 Yanvar 2021 Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
18 Yanvar 2021 Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
16 Yanvar 2021 "İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
16 Yanvar 2021 “Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov
15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
15 Yanvar 2021 İlham Əliyev Vaqif türbəsini ziyarət edib