b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_16064-1606467639.jpg

Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Missiya.Az-a verilən məlumata görə, Dövlət Komitəsinin rəsmi əməkdaşlarının, "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın iştirak etdiyi videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər. Məqsəd Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək və Qafqaz Jurnalistləri Şəbəkəsini yaratmaqdan ibarətdir.

İrina Tsukerman və Ben Minik "Timberwolf Phoenix"in missiyası və fəaliyyəti, Azərbaycan və Ermənistan arasında müharibə zamanı “Republic-Underground” xəbər saytındakı məqalələrin baxış sayının 65.000.000-a çatması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.

Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətinə diqqəti cəlb edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.

Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri, tarixi və hal-hazırda siyasi meydanda baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayiş olunması ilə davam edib.

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmanın təfərrüatları, ABŞ-in yeni prezidentinin bu məsələyə münasibəti, Avropa təşkilatlarının rəsmi sənədlərinin işlək mexanizmlərə malik olmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsi, azərbaycanlıların ermənilərlə gələcəkdə yanaşı yaşaması, münaqişənin həllindən sonra Cənubi Qafqaz regionundakı ölkələrin iqtisadi əhəmiyyəti və perspektivləri barədə fikirlər səsləndirilib, birtərəfli, qərəzli yanaşmaya qarşı mübarizə aparmaq məqsədilə jurnalistlərin bir platforma ətrafında birləşməsinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçıları Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılması təklifini razılıqla qarşılayıblar.

Qeyd edək ki, “Qafqaz Jurnalistləri Şəbəkəsi”nin əsas məqsədi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jurnalistləri bir araya gətirmək, Azərbaycan həqiqətlərinin nüfuzlu media vasitələrilə dünyaya çatdırılmasına nail olmaq, jurnalistlərin istinad edə biləcəyi obyektiv xəbərlər və məqalələr bazasını formalaşdırmaq, tanınmış xarici jurnalistlərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir.



22 Yanvar 2021 Ermənilər Rusiyanın Ermənistandakı səfirindən narazıdırlar
21 Yanvar 2021 Azərbaycan əhalisi üçün niyə məhz "Sinovak" vaksini seçildi?- Missiya Müsahibə
21 Yanvar 2021 Bakıda 3 milyonluq "kupçalı" obyektin sökülməsinə görə məsuliyyəti kim daşıyır? - FOTO
21 Yanvar 2021 “Azərbaycan əsgərləri Kərki kəndində sərhəd xəttini müəyyənləşdirir” – Erməni deputat
21 Yanvar 2021 "Ermənistanda siyasi vəziyyət gərginləşir, Paşinyan müxalifətə təzyiqləri artıracaq" - Ramin Əhmədov
20 Yanvar 2021 Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO
20 Yanvar 2021 Putinin Monako dövlətindən 39 dəfə böyük sarayı - Navalnı görüntülər yaydı - KREMLDƏN REAKSİYA
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
19 Yanvar 2021 İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2021 Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi - FOTO
18 Yanvar 2021 “Paşinyan Moskvaya getdi və İlham Əliyevin qarşısında diz çökdü” – Erməni deputat "Böyük Turan" proqramından danışdı
18 Yanvar 2021 "Qarabağ müharibəsi Ərdoğana "Turan Ordusu" qurmaq üçün perspektivlər açdı" - İranlı ekspert
18 Yanvar 2021 Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub
18 Yanvar 2021 Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
18 Yanvar 2021 Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
16 Yanvar 2021 "İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
16 Yanvar 2021 “Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov
15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"