b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfggrtr.jpg

Bir necə gündür Ermənistan hakimiyyətinin PKK terrorçuları ilə sıx əməkdaşlığı və terrorçuların Dağlıq Qarabağda yerləşdirilməsi barədə xəbərlər Azərbaycan və Türkiyə mediasının əsas gündəm mövzusuna çevrilib.

İddialara görə, Ermənistanın İraqdakı səfirliyinin əməkdaşları Şimali İraqdakı kürd silahlı qruplarla razılaşıb və terrorçular İraqdan İrana, oradan isə Ermənistan ərazisinə daxil olublar.

Rəsmi İrəvanın PKK terrorçuları ilə əməkdaşlıq etməsi Türkiyə ictimaiyyətini də narahat etməyə bilməz. Çünki Ankara uzun illərdir ki, PKK terrorçuları ilə mübarizə aparır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_wj3JR_1600722711_3023.jpg

Missiya.Az xəbər verir ki, Türkiyənin təhlükəsizlik eksperti Abdullah Ağar yerli mediaya müsahibəsində PKK-nın erməni taboru qurduğnu deyib: “Regionda Azərbaycanla Türkiyə sıx dostluq münasibətləri qurub. Buna qarşı Ermənistan PKK/YPG terrorçuları ilə bir mövqedən çıxış edir. Burada ən önəmli məqam Türkiyənin Şərq və Şimal-Şərq regionlarında keçirdiyi anti-terror əməliyyatlarında Ermənistanın tutduğu mövqedir. Terrorçular Ermənistanda da təlim keçir və oradan Türkiyə ərazisinə göndərilir. Bu prosesi terrorla mübarizə tariximizdə çox görmüşük. Ən son Suriyada silahlı qruplarla mübarizə zamanı belə işbirliklərinə şahid olmuşuq. Hətta PKK Suriyada erməni taboru qurduğunu elan etmişdi”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_teror-orgutu-pkknin-kritik-2-elebasi-yakalandi-imraliya-goturuluyor-h1529558107-16f49c.jpg

Türk politoloq Ermənistanın qanunsuz məskunlaşma siyasətində terrorçuların rolundan danışıb. O bildirib ki, İrəvan terrorçuları Dağlıq Qarabağa ailələri ilə birlikdə köçürür: “PKK terrorçuları ailələri ilə birlikdə Qarabağa və digər işğal olunmuş rayonlara köçürülür. Ermənistan Azərbaycanın torpaqlarını zorla mənimsəmək, oradakı demoqrafik tərkibi dəyişdirməyə çalışır. Bununla bağlı misallar var. İlham Əliyevin köməkçisi və digər bir çox rəsmilər bununla bağlı faktları Türkiyəyə açıqlayıb. Ad-ad ailə-ailə... Ermənistanın köçürmə siyasəti riyakar və gizli şəkildə irəlilədilir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_64649_GettyImages542275358_1592236000375.jpg

Abdullah Ağar bildirib ki, Ermənistanın bu siyasətini davam etdirilməsinə icazə verilməməlidir: “20 faiz ərazisi işğal altında olan Azərbaycan üçün terrorçuların Qarabağa köçürülməsi yeni təhdid mahiyyəti daşıyır. Bu prosesin genişlənməməsi üçün işğal altındakı ərazilər azad edilməli, Ermənistanın kirli planlarına imkan verilməməlidir. Torpaqların Ermənistanın nəzarətində qalması Dağlıq Qarabağın PKK-laşdırılması, erməniləşdirilməsi üçün münbit şərait yaradır. Buna icazə vermək olmaz”.

Elvin Məmmədov
Missiya.Az

 


22 Oktyabr 2020 Hikmət Hacıyev ermənilərin 3 rayonu atəşə tutmasından yazdı
22 Oktyabr 2020 İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib
22 Oktyabr 2020 Azərbaycanda PUA-ya “İti qovan” adı verildi - FOTO
22 Oktyabr 2020 Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutdu
22 Oktyabr 2020 Düşmən Füzulini atəşə tutur - RƏSMİ
22 Oktyabr 2020 Ermənistan ordusu vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Emin Hüseynov: "Şuşada Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər?"
21 Oktyabr 2020 Paşinyan Ermənistan əhalisini silahlanmağa çağırdı
21 Oktyabr 2020 Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
21 Oktyabr 2020 Ceyhun Bayramov Lavrovla görüşdü
21 Oktyabr 2020 Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti hərbi texnikalar - VİDEO
21 Oktyabr 2020 Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək
21 Oktyabr 2020 Ceyhun Bayramov Rusiyaya getdi
21 Oktyabr 2020 Ermənistanın 556-cı alayının taboru sıradan çıxarıldı
21 Oktyabr 2020 Ordumuz düşməni belə məhv etdi - VİDEO
21 Oktyabr 2020 Prezidentin köməkçisi Ermənistanın müharibə cinayətləri barədə statistikanı açıqladı
21 Oktyabr 2020 Tərtər rayonu atəşə tutulur - RƏSMİ
21 Oktyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
21 Oktyabr 2020 Dünyada koronavirusa yoluxanların sayı 41 milyonu keçdi - STATİSTİKA
21 Oktyabr 2020 Koronavirusa qarşı peyvəndin kimlərə faydasız olduğu açıqlandı