b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_photo_108201.jpg

Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb.

Missiya.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib.

Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb edilib. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib".

M.Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb: "Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmır. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaq".

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M. Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir: "Ticarət Mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir".


31 Oktyabr 2020 Prezidentdən Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi: “Bavariya sizin üçün önəmlidir?”
31 Oktyabr 2020 Prezidentin köməkçisi ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
31 Oktyabr 2020 85 yaşlı əsir Ermənistanda işgəncələrə məruz qalaraq ifadə verib - RƏSMİ
30 Oktyabr 2020 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
30 Oktyabr 2020 İlham Əliyev Ərdoğana zəng etdi
30 Oktyabr 2020 Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ
30 Oktyabr 2020 İlham Əliyev: Azərbaycan ordusu daha doqquz kəndi azad etdi
30 Oktyabr 2020 Gecə cəbhədə nə baş verib? - Müdafiə Nazirliyi AÇIQLADI
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi
29 Oktyabr 2020 Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
29 Oktyabr 2020 Müdafiə Nazirliyindən Ermənistanın yaydığı saxta videoya rekasiya
29 Oktyabr 2020 "Türkiyənin hər bir azərbaycanlının qəlbində xüsusi yeri var" - Mehriban Əliyeva
29 Oktyabr 2020 Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
29 Oktyabr 2020 Müdafiə Nazirliyi: Xeyli sayda itki verən düşmən geri çəkilib
28 Oktyabr 2020 Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır
28 Oktyabr 2020 Prezident: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"
28 Oktyabr 2020 Ordumuz Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupunu məhv edib – VİDEO