b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hyaq.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxış edəcək.

Missiya.az xəbər verir ki, BMT İnformasiya Mərkəzinin xəbərinə görə, Azərbaycanın dövlət başçısının çıxışı sentyabrın 24-nə planlaşdırılıb.

15 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və 75-ci yubiley sessiyası start götürüb. Yeni sessiyanın ilk günlərində, əsasən gündəm maddələrinin Assambleyanın altı əsas komitəsi arasında bölüşdürülməsi ilə əlaqədar prosedur məsələləri öz həllini tapacaq.

Sessiyada ümumi müzakirə 22 sentyabrda başlayacaq. Ənənəvi yüksək səviyyəli Payız Həftəsi formatı dəyişdiriləcək - ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını videoformatda göndərə biləcəklər. İclas zalının özündə isə hər nümayəndə heyətindən bir nəfər olacaq.

Ənənəvi olaraq debatları Braziliya açacaq, ardından isə BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə olaraq ABŞ çıxış edəcək. ABŞ prezidentinin bu iclasda birbaşa Baş Assambleyanın tribunasından çıxış etməsi istisna edilmir. Digər dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq bir-birinin ardınca konfrans zalında yayımlanacaq.

İlkin siyahıya görə, ümumi debatların ilk günü - 22 sentyabrda ABŞ, Çin, Rusiya, Fransa, İran, Türkmənistan və Tacikistan liderləri çıxış edəcəklər. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Ukrayna prezidentlərinin çıxışları konfrans zalında sentyabrın 23-də, Azərbaycanın dövləti başçısının çıxışı isə sentyabrın 24-də yayımlanacaq. Çıxış edənlərin siyahısına uyğun olaraq Gürcüstan və Moldova adından 25 sentyabrda hökumət başçıları, Belarusdan isə sentyabrın 26-da Xarici İşlər Naziri çıxış edəcək.

Debatlar ərəfəsində 21 sentyabrda BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclas olacaq. Bundan əlavə, Yüksək Səviyyəli Həftə çərçivəsində daha üç vacib görüşün keçirilməsi planlaşdırılır.


25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT
24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”