b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdgfdgfghfh.JPG

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub. 

Missiya.Az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, V. Abbasovdan əvvəl "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov idi. O, 2004-cü ildən 2014-cü ilə qədər Rabitə və İnformasiya Texnologiyaları naziri, 2014-2015-cü illərdə isə Rabitə və Yüksək Texnologiyalar naziri olub.


25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT
24 Sentyabr 2020 İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
23 Sentyabr 2020 Türk ekspertdən HƏYƏCAN TƏBİLİ: "Azərbaycan və Türkiyə buna imkan verməməlidir, yoxsa..." - YENİ TƏHDİD
23 Sentyabr 2020 Prezidentin vətəndaşlarla səmimi görüşü - VİDEO
23 Sentyabr 2020 Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - RƏSMİ
23 Sentyabr 2020 Millət vəkili: “Məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq"
23 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
22 Sentyabr 2020 Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib
22 Sentyabr 2020 "Məsuliyyətsiz paylaşımlar Ordumuzu təhlükə qarşısında qoya bilər" - Ramin Əhmədov
22 Sentyabr 2020 Mehriban Əliyeva Şağanda uşaq bağçasının açılışında - FOTO
22 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ
22 Sentyabr 2020 Paşinyanın yalançı "staxanovçuluğuna" inananlar üçün sözün bitdiyi məqam və uğursuz Günnüt qisasçılığı... - Aydın QULİYEV yazır
22 Sentyabr 2020 Bakının bu hissəsində su olmayacaq
21 Sentyabr 2020 Şəhid atası: "Oğlumun qısasının alınacağı günü gözləyirəm"
21 Sentyabr 2020 Cəbhədən həyəcanlı xəbərlər gəlir: Əsgərimiz yaralandı
19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”