b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_bfcd3f33-92d8-3558-b2e6-a90fc9a4cef9.jpg

Azərbaycanın Maliyyə naziri Samir Şərifova yeni səlahiyyət verilib.

Missiya.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Çərçivə Zəmanət Sazişini Azərbaycan hökuməti adından imzalamaq səlahiyyəti Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.

Qeyd edək ki, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Eyni zamanda, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” da təsdiqlənib.

Birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib. Müəyyən edilib ki, dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

Xatrıladaq ki, birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir. 

“Report”



03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb
29 İyul 2020 Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO
29 İyul 2020 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı
29 İyul 2020 Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
29 İyul 2020 Sosial şəbəkələrdə təhqiramiz fikirlər yazanlar cərimələnəcək - Türkiyədə
29 İyul 2020 Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO
29 İyul 2020 İlham Əliyev İsmayıllıda təməlqoyma mərasimində - FOTO
29 İyul 2020 Prezident Qobustanda modul tipli xəstəxananın açılışında
29 İyul 2020 Rus generallar Tovuz təxribatında iştirak edib? – Politoloqdan sensassion açıqlama