b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_f047aa02-86d5-315e-9f42-aff36553fc54_1.jpg

"Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – “buzlu şüşə” mənzərəsi. Bəzən bunu “buz kristalı”, “buz parçası” kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır".

Missiya.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova “buzlu şüşə”nin mahiyyətindən danışarkən deyib.

Həkimin sözlərinə görə, bəzən normal hallarda da “buzlu şüşə” görüntüsü radioloji görüntülərdə izlənilə bilər: "Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla “buzlu şüşə” görüntüsü verə bilər. Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. Buzlu şüşə xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.

Radioloq qeyd edib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. "Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir. “Buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4 günlərində rentgenoqram 25% hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. “Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir", həkim bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_125e743d-878f-30b9-8213-b91dd06abd94.jpg

"Report"



03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO
03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Mixeil Saakaşvili
30 İyul 2020 Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb
29 İyul 2020 Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO
29 İyul 2020 Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı
29 İyul 2020 Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
29 İyul 2020 Sosial şəbəkələrdə təhqiramiz fikirlər yazanlar cərimələnəcək - Türkiyədə
29 İyul 2020 Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO
29 İyul 2020 İlham Əliyev İsmayıllıda təməlqoyma mərasimində - FOTO
29 İyul 2020 Prezident Qobustanda modul tipli xəstəxananın açılışında