b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_etler1.jpg

Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi və satışının həyata keçirməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq, “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Belə ki, baxış zamanı qeyd olunan kəsimxanada 6 890 kiloqram çəkidə ət məhsulu aşkar edilib, həmin məhsullardan götürülmüş nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilib, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


12 Avqust 2020 Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12 Avqust 2020 Prezident “Azərsu”ya vəsait ayırdı
12 Avqust 2020 PKK liderinin olduğu avtomobil dronla vurulub? - Nazirdən açıqlama
12 Avqust 2020 Azərbaycanda nazirliyin vəzifəli şəxsi işdən çıxarıldı - FOTO
11 Avqust 2020 Prezident Təhsil Nazirliyinə 1,5 milyon manat vəsait ayırdı
11 Avqust 2020 Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - RƏSMİ AÇIQLAMA
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıqlarda - VİDEO
11 Avqust 2020 İlk vaksin qeydiyyatdan keçdi - Putinin qızına da vurulub
11 Avqust 2020 Şəbnəm Tovuzlunun xalası oğlu intihar etdi
10 Avqust 2020 “İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10 Avqust 2020 “2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları qovduq”
10 Avqust 2020 Neftçimiz itkin düşdü: Axtarışa helikopterlər cəlb edildi
10 Avqust 2020 Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
10 Avqust 2020 Masallıda qaydaları pozan 21 velosipedçi cərimələnib
10 Avqust 2020 Mirşahin: “Qaragüruhçulara namərdcəsinə susan dişsiz ziyalılar döyüşdən qaçan fərarilərdir” - VİDEO
09 Avqust 2020 Çimərliklərlə bağlı həyəcan təbili - Bu qaydaya əməl olunmur, yoluxma arta bilər - RƏSMİ
09 Avqust 2020 Çimərliklərdəki sıxlıq yoluxmanı artıra bilər - VİDEO\FOTO
09 Avqust 2020 Koronavirusa qarşı peyvənd hazırdır
08 Avqust 2020 Sumqayıtda polis əməkdaşları çimərliklərdə reyd keçirib - FOTO
08 Avqust 2020 "Haqsız cərimələrlə bağlı konkret fakt varsa, bunu araşdıra bilərik” - Prezidentin köməkçisi