b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ffgfghfhgfh.JPG

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib.

Missiya.Az xəbər verir ki, iyunun 24-də 1989-cu il təvəllüdlü 7 aylıq hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına daxil olub. Onda COVİD-19 virusunun əlamətləri aşkar edildiyindən test edilib. Testin nəticəsi pozitiv çıxıb. İyunun 27-də vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub. Hamilə qadın kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Cəmilə Ağazadə bildirib ki, hamilə qadın xəstəxanaya müraciət edərkən artıq vəziyyəti ağır olub:

“29 həftəlik hamilə qadın iyunun 24-ü gecə saat 01-də Kliniki xəstəxanaya qəbul olunub. Xəstə artıq gələndə ağır vəziyyətdə idi. Ona görə ki, onun koronavirus xəstəliyi 3 gün əvvəl başlayıb. Yüngül öskürək, təngnəfəslik olub, hərarəti 3 gün ərzində 38,5 dərəcə olub. Lakin hamilə qadının xəstəxanaya ilk müraciəti 3 gün sonra olub. Artıq onda boğulma simptomları əmələ gəlmişdi, təngnəfəslik, ağciyərlərin distress sindromundan xəstəxanada vəfat edib.

Bizdə hamilə qadının bütün müayinələri aparılıb, ona koronavirus infeksiyası, ikitərəfli ocaqlı pnevmaniya diaqnozları qoyulub. Hamilə qadının əvvəldən ağır xəstəliyi olmayıb. Həmin qadında pnevmoniya koronavirusa yoluxandan sonra yaranıb.

Əhalidən artıq dərəcədə xahiş edirik ki, sağlamlıqlarına ciddi yanaşsınlar.

İstər hamilələr olsun, istər digər vətəndaşlar, koronavirusun ilk simptomlarında həkimə müraciət etsinlər. Evdə özünüzü müalicə etməyin. Həkimə gec müraciət edəndə xəstəni ağır vəziyyətdən çıxarmaq daha çətin olur. Hər iki ağciyərin çatışmazlığı əmələ gəlir, vəziyyət daha da ağırlaşır. Evdə özünü müalicə etmək və həkimə gec müraciət etmək xəstənin vəziyyətini daha da ağırlaşdırır".

Qeyd edək ki, bu gün daha bir hamilə qadının koronavirusdan ölüm faktı qeydə alınıb.

qafqazinfo



13 İyul 2020 İIham Əliyev rəsmi İrəvanı küncə sıxışdırır - Düşmənin təxribat cəhdi və çoxsaylı itkiləri
13 İyul 2020 Daha bir həkim koronavirusdan öldü - FOTO
13 İyul 2020 Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
13 İyul 2020 Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13 İyul 2020 Prezident İlham Əliyev: "Hərbçilərimizin qisası alındı" - VİDEO
13 İyul 2020 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclas keçirilib
13 İyul 2020 Qriqori Trofimçuk: “Paşinyan açıq şəkildə müharibəyə təhrik edir”
12 İyul 2020 İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var
12 İyul 2020 Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi
11 İyul 2020 Mehriban Əliyeva daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO
11 İyul 2020 Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - Kartını göstərdi - FOTO
10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
09 İyul 2020 "Cavid Paşayevin sağalması istiqamətində bütün addımlar atılır" - Qənirə Paşayeva
09 İyul 2020 "Mehriban Əliyevanın çətin dövrdə həssas təbəqəyə göstərdiyi diqqət ona olan inamı daha da artırır" - Ramin Əhmədov
09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
09 İyul 2020 Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO