b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_memurhebs-1-768x403.jpg

Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.



07 Avqust 2020 "Bandotdel" Bakıda əməliyyat keçirdi - VİDEO
07 Avqust 2020 "Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır" - Siyavuş Novruzov
07 Avqust 2020 "Əhalinin sağlamlığı və sosial vəziyyəti İlham Əliyev üçün hər şeydən önəmlidir" - Ramin Əhmədov
06 Avqust 2020 “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Video
06 Avqust 2020 Prezident dövlət şirkətlərini tənqid etdi
06 Avqust 2020 Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq
06 Avqust 2020 İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avqust 2020 "Erkin Qədirlinin xəbəri yoxdur ki, məktəblərdə rüblər ləğv olunub" - Təhsil Eksperti
06 Avqust 2020 Prezident koronavirusla bağlı müşavirə keçirdi
06 Avqust 2020 Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
06 Avqust 2020 Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq