b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_95669849_245957066611131_5312413252779507712_n.jpg

Koronavirus dünyaya təhlükə yaratmaqda davam edir... Pandemiya hələ heç bir ölkədə aradan qalxmayıb. Azərbaycanda da korona bəlası xüsusunda, “Bitdi”, “Başa çatdı” deməyimiz üçün əlimizdə ciddi əsaslar yoxdur. Təhlükə davam edir, insanlar hələ də virusa yoluxur... Təəssüf ki, bəzi vətəndaşlarımız mövcud vəziyyəti düzgün qiymətləndirmir, karantin rejiminin yumşaldılmasını pandemiyanın başa çatması anlamında qəbul edirlər. Elə buna görədir ki, bu gün küçələrdə qələbəlik yaşanır, ictimai nəqliyyatda sıxlıq müşahidə olunur, vətəndaşlarımız sosial məsafə tələbələrinə riayət etmirlər. Bu isə heç şübhəsiz ki, virusun yenidən qorxulu fazaya yüksəlməsinə şərait yaratmaqdır...

Dövlət koronavirusa qarşı mübarizədə bütün zəruri tədbirləri həyata keçirdi. Vaxtında atılan addımlar Azərbaycanda dramatik halların, faciəvi gedişatların yaşanmasının qarşısını aldı. Hökumətin yerində verilən qərarları, çevik davranışları nəticəsində ölkəmizdə İtaliya, İspaniya, Fransa və sair Avropa ölklərində qeydə alınmış faciələrin analoqu müşahidə olunmadı. Bilavasitə Prezident İlham Əliyevin iradəsinə söykənən mübarizə tədbirləri ölkəmizi, xalqımızı qorudu. Görülmüş işlər sırasında sözsüz ki, sosial sahəyə aid tədbirlər də xüsusi əhəmiyyətə malikdir.

Gəlin yada salaq:

- Başda prezident İlham Əliyev olmaqla hakim komanda səfərbər oldu və xalqımızın bu bəladan minimum itkilərlə çıxması üçün taleyüklü qərarlar qəbul olundu;

- Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyyələri reallaşdırıldı, vətəndaşların sağlamlığının qorunması, virusa yoluxanların müalicəsi və onların yenidən cəmiyyətə tam sağlam qayıtması üçün bütün zəruri tədbirlər həyata keçirildi;

- Fəaliyyətini dayandıran dövlət müəssisləri və təhsil ocaqlarının bütün əməkdaşları maaşla təmin olundu;

- İşsiz qalan özəl sektor təmsilçilərinə birdəfəlik yardımlar ayrıldı;

- Sahibkarlara, iş adamlarına vergi güzəştləri tətbiq olundu;

- Koronavirusa yoluxmuş xəsətələrin müalicəsi ilə məşğul olan həkimlərin, loboratoriya işçilərinin maaşları 3,4,5 misli məbləğində artırıldı;

- Heydər Əliyev Fondu və digər təşkilatlar tərəfindən humanitar aksiyalar təşkil olunaraq, ahıl, təhna vətəndaşlara və aztəminatlı ailələrə ərzaq yardımları paylanıldı.

Bütün bu görülən işləri heçə endirə biləmərik! Tələblərə sona qədər əməl olunmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar qeyd-şərtsiz yerinə yetirilməlidir! Karantin vəziyyətinin yumşaldılmasından sui-istifadə olunmamalıdır! Əks halda ağır faciələrlə üzləşməyimiz qaçılmaz olacaq...

Həkimlərimizin misilsiz əməyini də unutmamalıyıq. Virusla birbaşa təmasda olan, günlərlə, həftələrlə, bəlkə də aylarla evlərinə getməyən tibb işçilərimiz bu gün öz həyatlarını təhlükəyə ataraq başqalarının həyatını xilas edir, əsl fədakarlıq nümunələri göstərirlər. Bu gün həkimlərimiz dəhşətli virusa qarşı uğurla mübarizə aparırlar. Təsadüfi deyil ki, dövlət başçısı da öz çıxışlarında tibb işçilərinin əməyini xüsusilə qeyd edir. Prezidentin çıxışlarından birini yada salaq: “Pandemiya dövründə korona virusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək”.

Bəli, indi biz əminlikdə deyə bilərik ki, illərdir səhiyyə sahəsinə göstərilən diqqət və qayğı, həkimlərin və ümumən tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr hədər yerə getməyib. Pandemiya dövründə buna hər birimiz şahid olduq.

Odur ki, dövlət başçısının da dediyi kimi, hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. Bunun üçün isə bizdən çox şey tələb olunmur.

XƏSTƏLƏNMƏMƏK kifayətdir!

Məsuliyyətli olaq!

Tələblərə əməl edək!

Kütləvilik yaratmayaq!

“Evdə qal”aq!

Məqsəd RƏHİMOV


01 Dekabr 2020 Müharibə zamanı düşmənə satılanlar - Onları hamı tanımalıdır - VİDEO
01 Dekabr 2020 Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçın rayonuna daxil olub - RƏSMİ VİDEO
30 Noyabr 2020 Azərbaycan Müdafiə Nazirliyindən Türkiyəyə TƏŞƏKKÜR
30 Noyabr 2020 Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30 Noyabr 2020 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA
30 Noyabr 2020 İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb
30 Noyabr 2020 Azərbaycan əsgərlərini təhdid edən rahib İrəvana qaçıb - FOTO
30 Noyabr 2020 Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
30 Noyabr 2020 Ölkədə COVİD 19-la bağlı CİDDİ TƏHLÜKƏ – Vəziyyət nəzarətdən çıxa bilər – Qorxulu gedişat
29 Noyabr 2020 Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
28 Noyabr 2020 Hikmət Hacıyev Ağdamda göz yaşlarını saxlaya bilmədi - VİDEO
28 Noyabr 2020 Fuat Oktay: "Başqa ölkələr kar və kor olarkən biz Azərbaycanın yanında olduq"
28 Noyabr 2020 Hikmət Cavadov Krım tatarlarının lideri ilə görüşdü - FOTO
27 Noyabr 2020 Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - Debat və müzakirələr
27 Noyabr 2020 Əsirlikdə olan Amin Musayevin yeni FOTOsu yayıldı - Vəziyyəti yaxşıdır
27 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxma anti-rekord həddə çatdı
27 Noyabr 2020 “Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27 Noyabr 2020 Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
27 Noyabr 2020 Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir