b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_sssssssssssssssssssssssssssssssssssssssss.jpg
“Biz Rusiyada çox dramatik vəziyyətdəyik, iş yerləri bağlıdır, yeməyə heçnə tapmırıq, hamımız açıq. Çoxumuz burada kirayədə yaşayırıq. Aylığı verə bilmədiyimiz üçün ev sahibləri bizi mənzillərdən qovur. Hamımız çox çıxılmaz vəziyyətə qalmışıq. Heç kimə ağız aça bilmirik”.

Bu sözləri Missiya.Az-ın əməkdaşı ilə söhbətində Rusiyada işləyən, hazırda isə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana qayıtmaq istəyən həmyerlilərimiz deyib. 

Şikayətçilərin sözlərinə görə, dəfələrlə səfirliyə Azərbaycana nə vaxt qaytarılacaqları ilə bağlı müraciət etsələr də, onlara konkret tarix deyilməyib: “Bizə deyildi ki, “Evə qayıdıram” portalından qeydiyyatdan keçin, sıra nömrəsi götürün. Biz qeydiyyatdan keçdik və sıra nömrəsi aldıq. Amma indiyə qədər bizə məlumat vermirlər ki, Azərbaycana nə vaxt qayıdacaqsınız. Yalnız əvvəl dedilər ki, Azərbaycana aparılacaqsıznız, gözləyin. Soruşan yoxdur ki, biz harda yatırıq, nə yeyirik? Həqiqətən, bir qəpiyimiz yoxdur. Vəziyyət çox pisdir. Azərbaycanın Rusiyadakı səfirliyinə isə hər gün zəng vururuq. Amma cavab verən yoxdur, nömrə məşqul göstərir. Biz öyrənmək istəyirik ki, Azərbaycana nə vaxt qayıdacağıq? Evdən çıxa bilmirik ki, səfirliyə gedək”. 

Qeyd edək ki, bir neçə gün əvvəl də Azərbaycan-Rusiya sərhəddində onlarla həmyerlimizin çıxılmaz vəziyyətdə qalması ilə bağlı xəbərlər yayılmışdı. Onlar vətənə qayıtmaq istədiklərini bildirsələr də, Azərbaycan gömrüyündən keçməyə müvəffəq ola bilməmişdilər. Hazırda Azərbaycan-Rusiya sərhəddində gözləyirlər. Saytımıza müraciət edən həmyerlilərimiz isə Rusiyanın paytaxtı Moskva şəhərində çıxılmaz vəziyyətə qalıblar.
 
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_SSDSFDFGDGF.jpg

Problemlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Missiya.Az-a açıqlamasında bildirib ki, həmyerlilərimiz səbirli və anlayışlı olsunlar, onlar Azərbaycana qaytarılacaqlar: “Xarici İşlər Nazirliyi tərəfindən Rusiyada işləyən və Azərbaycana qayıtmaq istəyən həmyerlilərimiz barədə dəfələrlə açıqlama verilib. Vətəndaşlarımızın Azərbaycana gəlməsi ölkədəki karantin yerlərinin hazırlığına uyğun olaraq reallaşdırılır. Onların sayı çoxdur. Azərbaycanlılar hissə-hissə ölkəyə gətirilir. Aprelin 20-dən etibarən elan vermişdik. Artıq 548 vətəndaşımız qayıdıb. Proses mərhələli şəkildə həyata keçirilir. Hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara “Evə gedirəm” portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər”.

Leyla Abdullayeva Rusiyada işləyən və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşların yaşadığı maddi və ərzaq çatışmazlığı barədə problemə də münasibət bildirdi. Onun sözlərinə görə, Rusiyada çətin vəziyyətdə qalan həmyerlilərimiz səfirliyə zəng vurub özləri barədə məlumat verməlidirlər. “Onların verdiyi məlumatlar hökumətə ötürülür. Bu günə qədər dəfələrlə yerli təşkilatların, müxtəlif iş adamlarının yardımları ilə bağlı məlumatlar yayılıb. İndi bu kimi hallara dövlət səviyyəsində baxılır. Yardıma ehtiyacı olan insanlar nəzərdən keçirilir. Azərbaycanlıların ölkəyə gətirilməsi birdən-birə həll olunacaq məsələ deyil. Bütün dünya dövlətləri bu vəziyyətlə üzləşib. Azərbaycan hökuməti maksimum səylər göstərir ki, həm ölkənin daxilində, həm də kənarda olan vətəndaşlara yardımlar göstərilsin”.

XİN rəsmisi maddi və ərzaq çatışmazlığı ilə bağlı problemlə üzləşən vətəndaşların səfirliyə müraciət etməli olduqlarını desə də, həmyerlilərimizin əksəriyyəti səfirliyin onlarla maraqlanmadığını, telefonlara cavab verilmədiyini iddia edirlər.

Leyla Abdullayevə həmçinin qeyd edib ki, ilkin mərhələdə Rusiyaya müvəqqəti səfər edən vətəndaşların ölkəyə gətirilir:

“Elə vətəndaşımız var ki, Rusiyaya müalicə üçün və ya turist kimi səfər edib. Həmçinin, hər hansı vətəndaşımızın səhhətində problem var, bəziləri isə bileti alıblar amma Azərbaycana qayıda bilmir. Təbii ki, ilk mərhələdə onların Azərbaycana gətirilməsi üçün iş aparılır. Amma sizin dediyiniz kateqoriya vətəndaşlar orada işləyir, bəzilərinin evləri var, bəziləri isə kirayədə qalır. Onlar da səbirli olsunlar, anlayış göstərsinlər, Azərbaycana gətiriləcəklər. Həmyerlilərimizə mümkün olan bütün vasitələrlə yardım edilir”.

Elvin
Missiya.Az



07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı