b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_92583954_2778865125543516_1238161345413644288_n.jpg

Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında Gəncə avtomobil zavodu Istehsalat Birliyi də var. Hazırda zavodumuz tam kollektivlə olmasa da ehtiyac olduğu qədər işçilərin fəaliyyəti nəticəsində işini davam etdirir. Bu barədə açıqlamanı Gəncə avtomobil zavodu İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə bu gün karantin rejiminin qaydalarına uyğun olaraq yığım xəttlərində iş gedir.

“Bildiyiniz kimi müəssisəmiz Azərbaycanda yeganə kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan fermerlər və iş adamlarının texnikalara olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xəttlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiya edici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfə istifadə üçün əlcəklər qoyulub. Bundan başqa aidiyyatı qurumların köməkliyi ilə sexlərimiz mütəmadi dezinfeksiya edilir” deyə Fətiyev əlavə edib.  

Müşahidə Şurası Sədrinin bildirdiyinə görə hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımı aparılılr.

“Bu gün orta hesabla 2-4 traktor yığımı həyata keçirilir ki, bu da adi iş rejimində olduğundan 50 faiz aşağıdır. Mart ayında orta hesabla 35 traktor yiığılmışdır. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və kənd təsərrüfatı texnikaları var. Əgər tələbat olarsa müraciət edən hər kəsin istəyinə uyğun texnika ilə təmin edə bilərik” deyə X. Fətiyev əlavə edib.

Gələcək planlara toxunan Şura Sədri yaxın vaxtlarda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilə Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında Sampo-Roselew markalı kombaynların yığımına başlanılacaq:

“Hazırda bu müqaviləyə uyğun olaraq komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisədə olduqdan sonra kombaynların yığımına start verəcəyik. Gəncə avtomobil zavodunun kombayn yığımında artıq təcrübəsi var. Ümidvaram ki, tanınmış marka olan Sampo-Roselew kombaynları iş adamlarının və fermerlərin ürəyincə olacaq”.

z



03 İyun 2020 ABŞ-dakı ixtişaşlarla bağlı ilginc iddialar: Trampı kimlər devirmək istəyir? - Saxta videolar və SOROS
03 İyun 2020 Bakıda əməliyyat olunan doqquz yaşlı uşaq xəstəxanada öldü
03 İyun 2020 Bu yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək – SİYAHI
03 İyun 2020 Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ
02 İyun 2020 Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
02 İyun 2020 Daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü
02 İyun 2020 Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl
02 İyun 2020 Hər gecənin sonunda… “Sabah həmişə var”
02 İyun 2020 ABŞ-da etirazlar nəzarətdən çıxır: Hərbi bazaya hücum, ölənlər var - VİDEO
02 İyun 2020 Azərbaycanda kəndə ilanlar hücum etdi - ŞOK VİDEO
01 İyun 2020 Azərbaycanda ağır koronaviruslu xəstələr bu metodla sağalır
01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu