b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ssfsdfdgdgfgg.JPG

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

Missiya.Az xəbər verir ki, kadrlara düşən şəxslərin “karusel”ə cəlb edildikləri bildirilir. Müəllim olduqları deyilən və özlərini hansısa partiyaların müşahidəçisi kimi təqdim edən bu insanların, əslində təmsil olunduqları partiyalar barəsində məlumatsız olduqları da üzə çıxıb.

Sosial şəbəkədə yayılmış belə görüntülərlə bağlı Təhsil Nazirliyindən AYNA-nın sorğusuna cavab verilib. Bildirilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır.

“Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”, - deyə Nazirlikdən qeyd olunub.

Hüquqşünas Ələsgər Əhmədoğlu isə AYNA-ya açıqlamasında deyib ki, seçki nəticələrini bilərəkdən və ya bilməyərəkdən saxtalaşdırmağa göz yumanlar və bilavasitə iştirak edənlər cinayət məsuliyyəti daşıyır:

"Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, belə şəxsləri 2 ilədək azaqlıqdan məhrumetmə cəzası gözləyir”.

“Əgər müəllimlərdən kimsə 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bu prosesdə olubsa və ya onların gözü qaşısında saxtakarlıq baş veribsə, onlar üçün bu cinayət maddəsinin tətbiqi mümkündür. Əgər cinayət işi açılsa, həmin müəllimlər bu maddələr üzrə mühakimə olunacaqlar”, - deyə hüquqşünas qeyd edib.



28 Mart 2020 "Yeni Çağ" ilə "Qızılbaş"dan "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına DƏSTƏK
28 Mart 2020 Sabiq deputat da Prezidentin çağırışına qoşuldu - VİDEO
27 Mart 2020 Missiya.Az-ın yardım aksiyası davam edir - FOTOLAR
27 Mart 2020 Baş Nazir icra başçılarına çağırış edib
27 Mart 2020 Vilayət Eyvazov: “Bakıya piyada keçməyə cəhd edirlər”
26 Mart 2020 Bakı meriyası paytaxtı koronavirus təhlükəsindən belə qoruyur - VİDEO
26 Mart 2020 Operativ Qərargah koronavirusa görə yenidən toplandı
26 Mart 2020 Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır
26 Mart 2020 Azərbaycanda koronavirusa yoluxmuş beş nəfər sağaldı - RƏSMİ
26 Mart 2020 Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 29 yeni yoluxma
26 Mart 2020 Missiya.Az-ın əməkdaşları Binəqədi sakinlərinə yardım payladı - Bələdiyyənin təşəbbüsü ilə - FOTOLAR
26 Mart 2020 Azərbaycanda yüksək vəzifəyə təyinat
26 Mart 2020 Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi
25 Mart 2020 Əli Əsədovdan epidemiya və karantin halları ilə bağlı VACİB QƏRAR
25 Mart 2020 Azərbaycanda bu şəxslərin maaşı martın 1-dən 5 qat artdı
25 Mart 2020 Azərbaycanda 5 aprelə qədər qeyri-iş günüdür - RƏSMİ
25 Mart 2020 Azərbaycanda koronavirusdan daha bir nəfər öldü
25 Mart 2020 Türkiyə mətbuatı Bakının mərkəzindən VİDEO yaydı - Vətəndaşlar karantin rejiminə əməl edirmi?
25 Mart 2020 Missiya.Az-ın yardım kampaniyası davam edir - İkinci gün - FOTOLAR
25 Mart 2020 Koronavirusla mübarizədə Azərbaycana ilk bu ölkə yardım edib - Nazir açıqladı