hjhkhkkhkhhkj.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Missiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumaat görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun ("Qoca" ləqəbli) qardaşıdır.



03 Aprel 2020 Sürücülərə ŞAD XƏBƏR: karantin vaxtı buna görə cərimə yazılmayacaq
02 Aprel 2020 Missiya.Az Yasamal İcra Hakimiyyətilə birgə aksiya keçirdi - Ərzaq yardımı - FOTOLAR
02 Aprel 2020 Bakının bu ərazisində təbii qazın verilişi dayandırıldı
02 Aprel 2020 İbrahim Məmmədov: “Bu sənəd yaxın saatlarda təsdiqlənəcək”
02 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bu gün Yasamalda keçiriləcək - FOTOLAR
02 Aprel 2020 Mikayıl Cabbarova müavin təyin edildi
01 Aprel 2020 Karantin rejimi qaydalarını pozan internet klubunun sahibi cərimələndi - VİDEO
01 Aprel 2020 Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq - SİYAHI
01 Aprel 2020 Müğənnilər eyvanda konsert verir - AzTV canlı yayımlayır - VİDEO
01 Aprel 2020 Karantin qaydalarını pozan şəxs həbs olundu - VİDEO
01 Aprel 2020 Milli Məclis büdcəyə yenidən baxacaq
31 Mart 2020 Nizami rayonunda dezinfeksiya işləri davam etdirilir - FOTOLAR
31 Mart 2020 Missiya.Az növbəti aksiyaya başladı - Keşlə qəsəbəsində ərzaq yardımı paylanıldı - FOTOLAR
31 Mart 2020 Bakı səmasında "Allah" yazıldı - VİDEO GÖRÜNTÜ
31 Mart 2020 SON DƏQİQƏ! Rəsmən açıqlandı: 304 min muzdlu işçiyə pul veriləcək
30 Mart 2020 Bu şəxslərə də pul veriləcək - RƏSMİ
30 Mart 2020 Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ
30 Mart 2020 “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
30 Mart 2020 Missiya.Az yeni aksiyaya başlayır - Bu dəfə ərzaq yardımı - FOTOLAR
30 Mart 2020 ÜST: “Koronavirus insandan-insana hava yolu ilə keçmir”