b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_yanvar.jpg

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.

Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. 

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

19 Fevral 2020 Bu nazirliklərdə çalışan doqquz vəzifəli şəxs işdən çıxarıldı - RƏSMİ
19 Fevral 2020 Bakıda canavar hücum edən kişi: "Boğub öldürdüm sonra yandırdım" - VİDEO
18 Fevral 2020 İlham Əliyevdən BNA rəhbərinə parkinqlə bağlı irad: "Qanun qarşısında hər kəs bərabərdir"
18 Fevral 2020 Azərbaycanda bank rəhbərinin oğlu 17 yaşında dünyasını dəyişdi - FOTO
18 Fevral 2020 Ləman və Afətlə bağlı REAL TV-dən AÇIQLAMA
18 Fevral 2020 “Sədərək” ticarət mərkəzi yanır - VİDEO
17 Fevral 2020 Elza Seyidcahan: 'Məni taxta ilə döyürdülər" - VİDEO
17 Fevral 2020 Seçkidə ikinci olan namizədin xalqını birinci görmək arzusu
17 Fevral 2020 “Prezidentimiz vətəndaşlara qürur hissi yaşatdı” – Ramin Əhmədov
15 Fevral 2020 Tanınmış televiziyaçıdan aparıcılara sərt irad - VİDEO
14 Fevral 2020 Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTOLAR
14 Fevral 2020 Gürcüstanda sərnişin qatarı yanıb - VİDEO
14 Fevral 2020 Bu gün AzTV-nin yaranmasından 64 il ötür
14 Fevral 2020 Bu xəbər ermənilərin kefinə soğan doğrayacaq - "Xankəndi-Aze" gəlir
14 Fevral 2020 Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı
13 Fevral 2020 Rauf Arifoğlunun da nəticələri ləğv edildi
13 Fevral 2020 Bu dairədə seçki nəticələri ləğv edildi - RƏSMİ
13 Fevral 2020 İlham Əliyev Mikayıl Cabbarova yeni müavin təyin etdi
12 Fevral 2020 Prezident Kürdəmirə səfər etdi
12 Fevral 2020 Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək - RƏSMİ