b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579325441_1506315472.jpg

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq.

Missiya.Az xəbər verir ki, sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır.

Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələk hüququ varmı?

Mövzu ilə bağlı Yeniavaz.com-un əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) ilə əlaqə saxlayıb.

BDYP rəsmisi polkovnik Mübariz Ağayev açıqlamasında bildirib ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun əllinci maddəsinin yeddinci bəndinə əsasən nizamlanır. Həmin qanun belədir:

“Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.

Polkovnik Mübariz Ağayev bildirib ki, bu qanuna əsasən, yollarda radarların mövcudluğu barədə müvafiq nişanlardan, ya da həmin yerdə maksimum sürətin məhdudlaşdırılması lövhəsi yerləşdirilməlidir:

“Radarların hansı ərazidə yerləşdirilməsi isə bir neçə qurumun birgə fikri əsasında razılaşdırılır.

Radar yerləşdirilərkən ərazidə baş vermiş qəzalar, hüquq pozuntuları, yolda hərəkət şəraitinin xüsusiyyətləri, piyadaların hərəkətinin intensivliyi və sair nəzərə alınır. Radarlar arasında məsafənin nə qədər olması barədə isə konkret rəqəmlər yoxdur”.

Mövzu ilə bağlı sürücülər arasında mübahisəli məsələlərdən biri də lövhələrin olmadığı yerlərdə mobil və ya stasionar texniki vasitələrdən istifadə edilib-edilməməsidir. BDYP rəsmisi bildirib ki, müəyyən edilmiş nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz:

“Əgər avtomobilin radara düşdüyü ərazidə müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmayıbsa, sürət həddi ilə bağlı yazılmış protokola xitam verilir. Yox, əgər bütün nişanlar varsa, mobil və ya stasionar texniki vasitələrdən istifadə edilməsi tam qanunidir və cərimə ödənilməlidir”.


28 Sentyabr 2020 Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
28 Sentyabr 2020 Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı
28 Sentyabr 2020 Vilayət Eyvazov komendant təyin olundu - Prezidentdən sərəncam
28 Sentyabr 2020 Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki vəziyyətlə bağlı müsahibə verdi - VİDEO
27 Sentyabr 2020 Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi - VİDEO
27 Sentyabr 2020 Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
27 Sentyabr 2020 Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı sənədi qəbul etdi
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 “Biz zəfər çalacağıq!” - Ali Baş Komandan
27 Sentyabr 2020 Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyir - RƏSMİ AÇIQLAMA
27 Sentyabr 2020 İlham Əliyev Azərbaycan xalqına müraciət edəcək
27 Sentyabr 2020 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə
27 Sentyabr 2020 Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb – SON DƏQİQƏ
26 Sentyabr 2020 "Bu, deyilişi asan, gerçəkləşməsi mümkünsüz məsələdir" - Aydın Quliyev
26 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
26 Sentyabr 2020 Azərbaycandan savaş xəbərdarlığı - "Daha 25 il oturub gözləməyəcəyik"
25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT