b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_10-12-2019-qht-2.JPG

Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib.

Missiya.Az xəbər verir ki, yığıncaqda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev iştirak ediblər.

Tədbirdə müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun təşkilat üzvlərinə göstərdiyi qayğıdan və səmimi münasibətdən danışıb.

Yığıncaqda çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev təşkilatın yaranmasından və 25 illik fəaliyyətindən söz açıb. O, təşkilat üzvlərinin Vətənə sadiqliyini qeyd edib və daim Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirib.

Fizuli Rzaquliyev cənab başçıya bu kateqoriyadan olan insanlara göstərdiyi dost münasibətə, dəstəyə və qayğıya görə təşəkkür edib və hər kəsə Cənab Prezidentin komandanlığı altında qələbə arzulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin fəaliyyətindən razı qaldığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu 100” və 25 illik yubiley medalları, birliyin fəxri üzvü, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müaviniRamin Əhmədova və rayon şöbəsinin ictimai-siyasi fəaliyyətində fəal iştirak edən bir qrup müharibə veteranına 25 illik yubiley medalı, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 66 mininci üzvü, Nizami rayon sakini Laçın Orucova üzvlük vəsiqəsi təqdim edilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_10-12-2019-qht-5.JPG
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_10-12-2019-qht-11.JPG

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_10-12-2019-qht-5.JPG

 



08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO