b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_78686499_371567060319752_4324483406474772480_n.jpg
Tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti Aygün xanımla səhər fakültəmizin dəhlizində qarşılaşanda həmişəki kimi səmimi salamlaşdıq. O, adəti üzrə "Necəsən, oğlum?" dəyə soruşdu, mən də ehtiramla cavab verdim. Həmin dəqiqələrdə heç nədən xəbərim yox idi... Sadəcə yarım saat əvvəl təsadüf nəticəsində öyrəndim ki, bu gün müəlliməmizin ad günü imiş. Odur ki, gec də olsa bu qeydləri etməyi özümə borc bildim: Aygün xanımı ilk dəfə birinci kursda oxuyanda müəllimi olduğu "Mətbuat tarixi və ideoloji iş metodları" kafedrasında görmüşdüm. Hansısa məsələ ilə bağlı getmişdim kafedraya. O, yuxarı kurs tələbələrinə böyük şəxsiyyət Üzeyir Hacıbəyov haqqında danışırdı: "... Çoxları Üzeyir bəyi sadəcə musiqişünas kimi tanıyır. Amma o, həm də dahi publisist, istedadlı jurnalist olub. Siz onun "Bir qədər qəzetəcilik dərsi" məqaləsini oxusanız..."

Sonralar Aygün xanımı daha yaxından tanıdım. Bir dəfə fənn müəllimimizi əvəz etmişdi. Görkəmli mətbuat nümayəndələrimizdən, o cümlədən Məhəmməd Əmin Rəsulzadədən danışırdı. Belə bir sual verdi: "Uşaqlar, Məhəmməd Əmin Rəsulzadə deyəndə onun mətbuatdakı fəaliyyəti ilə bağlı ağlınıza ilk gələn nə olur?" Cəld əlimi qaldırdım və ""İrani-Nov" qəzetində dərc edilən "Mətbuat azadlığı" məqaləsi" dedim. Ardınca da həmin məqalə haqqında məlumat verdim. Müəllimənin üzündəki təbəssümdən hiss etdim ki, cavabımdan razı qaldı. Bu, mənim Aygün xanımın dərsində ilk və son dəfə iştirakım idi. Amma sonralar ondan daha çox şey öyrəndim. Bir dəfə fakültəmizin bir qrup müəllim- tələbə heyəti ilə birlikdə Ağdam və Ağcabədiyə səfər etmişdik. Aygün xanım da heyətin tərkibində idi. Cəbhə xəttinə qədər irəlilədik. Müəlliməmiz həmin anlarda çox həyəcanlı idi. Lakin bu, özünün təhlükə altında olduğuna görə deyil, orada keşik çəkən gənc əsgərlər üçün narahat olduğuna görə idi.

Qayıdanda həmin hərbi qulluqçulara öz xeyir-duasını verdi. O anlarda Aygün xanımın necə ağlaması, ürəkdən dilə gətirdiyi alqışlar heç vaxt yadımdan çıxmaz. Əslində Aygün müəllimənin məsələyə çox həssas yanaşması təsadüfi deyildi. Çünki o, şuşalıdır, qəlbində bir vətən nisgili var. Yaxşı xatırlayıram, "Qəzetdə praktik iş" fənnindən imtahana hazırlaşanda "Sovet dövründə müxalif mətbu orqanları" sualına cavab tapa bilmirdim. Fənn müəllimindən soruşanda dedi ki, bu, elə Aygün xanımın tədqiqat işidir. Odur ki, Aygün müəllimədən mənə kömək etməsini xahiş etdim. Əvvəlcə, xeyli məlumat verdi, sonra da özünün müəllifi olduğu kitabı hədiyyə edərək:

"Oğlum, burda sənə lazım olan hər şey var. Sənə bağışlayıram"-dedi. Və mən də həmin imtahandan yüksək nəticə qazananda uğurumu ilk növbədə onunla bölüşdüm. Mənim kimi müəllimə də sevindi. Lakin dəqiq bilirəm ki, o ən böyük sevinci Üzeyir bəyin, Əhməd Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin və onlarca digər görkəmli şəxsiyyətin vətəni olan Şuşanın tapdaq altından azad olunduğu gün yaşayacaq. Həmin günü gözləyək, Aygün xanım! 100 yaşayın, Aygün xanım! Tələbələriniz sizinlə fəxr edirlər.

Kənan Novruzov
BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

28 Sentyabr 2020 Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
28 Sentyabr 2020 Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı
28 Sentyabr 2020 Vilayət Eyvazov komendant təyin olundu - Prezidentdən sərəncam
28 Sentyabr 2020 Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki vəziyyətlə bağlı müsahibə verdi - VİDEO
27 Sentyabr 2020 Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi - VİDEO
27 Sentyabr 2020 Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
27 Sentyabr 2020 Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı sənədi qəbul etdi
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 “Biz zəfər çalacağıq!” - Ali Baş Komandan
27 Sentyabr 2020 Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyir - RƏSMİ AÇIQLAMA
27 Sentyabr 2020 İlham Əliyev Azərbaycan xalqına müraciət edəcək
27 Sentyabr 2020 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə
27 Sentyabr 2020 Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb – SON DƏQİQƏ
26 Sentyabr 2020 "Bu, deyilişi asan, gerçəkləşməsi mümkünsüz məsələdir" - Aydın Quliyev
26 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
26 Sentyabr 2020 Azərbaycandan savaş xəbərdarlığı - "Daha 25 il oturub gözləməyəcəyik"
25 Sentyabr 2020 Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO
25 Sentyabr 2020 Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən açıqlama
24 Sentyabr 2020 Prezident fəxri adlar verdi - SİYAHI
24 Sentyabr 2020 Nazirlikdən övladı məktəbə gedən valideynlərə MÜRACİƏT