b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1575433156_1554455200_1554450786-738.jpg

Pul ödəyib bünövrəsi qazılan binadan mənzil alan vətəndaşlar gözləmədikləri halla qarşılaşıb. Binanın tikintisi "Bakı Metropoliteni" QSC tərəfindən dayandırılıb.

Bildirilib ki, həmin ərazi "Bakı Metropoliteni"nə aiddir və strateji əhəmiyyət daşıyır. Tikinti şirkəti isə deyir ki, bütün sənədləri qaydasında olub. Həmçinin bir neçə il əvvəl tikinti ilə bağlı "Bakı Metropoliteni" QSC-nin razılığı da alınıb. Nəticə etibarilə dövlət qurumu ilə tikinti şirkəti arasında yaranan problem vətəndaşları evsiz qoyub.

Missiya.Az xəbər verir ki, bina tikintisi üçün ayrılan yer "Bakı Metropoliteni" QSC tərəfindən hasara alınıb və tikinti aparılmasına qadağa qoyulub. 40-dan artıq vətəndaş isə tikiləcək mənzillərindən olublar. Söhbət Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişdiyi hissədən gedir.

Sözügedən ərazi 1995-ci ildən "Mehri" MTK-ya məxsus olub. Şirkət ərazidə bünövrə qazıb və bina tikintisinə başlayıb. Həmçinin binanın mənzillərinin satışı da aparılıb. 40-dan artıq vətəndaşa tikiləcək binadan mənzillər satılıb.

Ancaq çox keçməyib ki, ərazidəki tikinti "Bakı Metropoliteni" QSC tərəfindən dayandırılıb. Bildirilib ki, bura "Bakı Metropoliteni" QSC-nin balansındadır və ərazidə bina tikmək olmaz.

Tikinti aparan "Mehri" MTK-dan isə bildirilir ki, onların bütün sənədləri qaydasında olub. Bu sənədlər əsasında ümumilikdə 1,5 milyon dollar dəyərində mənzil satışı həyata keçirilib.

Sakinlər isə tikintinin davam etdirilməsini istəyirlər.

Problemə "Bakı Metropoliteni" QSC münasibət bildirib. Qeyd edilib ki, həmin ərazi strateji yerdir və buna görə də bina tikmək mümkün deyil. Bildirilib ki, ərazi 1979-cu ildə "Bakı Metropoliteni"nə verilib.

"Mehri" MTK-ya verilən bütün icazə sərəncamları isə ləğv edilib və yenidən qurumun tabeliyinə keçirilib. Ancaq sənədlər məxfi olduğu üçün onlar təqdim edilmədi. Qurum problemin həlli üçün çıxış yolu da təklif edir.

Sakinlərin isə tək istəyi problemlərinin həll edilməsidir. Onlar başqa ərazidən də torpaq ayrılmasına razıdırlar.



Xezerxeber.az

28 Yanvar 2020 Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir AzTV-yə eksklüziv açıqlama verdi
28 Yanvar 2020 Ceyhun Musaoğlu alternativ namizədlərini bir masa arxasına dəvət etdi
27 Yanvar 2020 Yol polisi sürücüləri "tələ"yə salır? - RƏSMİ AÇIQLAMA
27 Yanvar 2020 Belçika parlamentinin deputatı Şevket Temiz: "Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur"
27 Yanvar 2020 İsmayıllıdakı dəhşətli qəza ilə bağlı DYP-dən AÇIQLAMA
26 Yanvar 2020 Ceyhun Musaoğlu Mehdiabadda möhtəşəm görüş keçirdi - FOTO
25 Yanvar 2020 Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə ŞAD XƏBƏR
25 Yanvar 2020 Akademik yasamallıları Ramin Əhmədova səs verməyə çağırdı - VİDEO
25 Yanvar 2020 Türkiyədəki dəhşətli zəlzələdən - Yeni görüntülər - VİDEO
24 Yanvar 2020 Ramin Əhmədov: "Hər bir uğurumuzun, yüksəlişimizin arxasında Cənab Prezidentimiz dayanır"
24 Yanvar 2020 Tolik 6 ildir çalışdığı müğənnidən ayrıldı
24 Yanvar 2020 Ramin Əhmədovun maraqlı və fərqli seçki kampaniyası - FOTO
24 Yanvar 2020 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib
24 Yanvar 2020 Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO
23 Yanvar 2020 Bakının bu istiqamətlərində 11 yeni metrostansiya tikiləcək - RƏSMİ
23 Yanvar 2020 Ramin Əhmədov: “ İndi qol çirmələyib iş görmək vaxtıdır” - Yasamalda izdiham
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
22 Yanvar 2020 Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
22 Yanvar 2020 Kirayə mənzillərə sahib olmaq istəyənlərə PİS XƏBƏR
22 Yanvar 2020 Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi - Könüllülər ordusu - FOTO