78480275_981497385534308_5225424054613180416_n.jpg


                                                                              Ceyhun Musaoğlu

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikridir. Birinci şəxs ictimai nəzarətin yaradılmasının vacibliyini önə çəkir. Bu mesaj bir xalq üçün tapıntı olsun gərək. İctimai şüurun inkişafı dövlət dayaqlarının möhkəmlənməsinə səbəb olan amillərdəndir. Sadəcə ictimai şüuürun mahiyyətini tam dərk etmək, onu qaragüruh münasibətlə qarışdırmamaq hər bir vətəndaşın üzərinə götürəcəyi mənəvi borcdur. Hüquq ensiklopedik lüğətində ictimai nəzarətin sosial nəzarətin kütləvi növü olduğu qeyd edilir. Bu gün kütləviliyə meydan açılıb. Biz sözün kökündəki “küt” kəlməsini hərfi mənada anlasaq, yanlışlıqlara yol vermiş olarıq. Əksinə, ictimaiyyətin hər hansı hadisəyə tam ağlın gücü ilə reaksiya verməsi uğurlu yanaşmadır. Demokratik quruluşlarda vətəndaş daha önə çıxarılır. Demokratiya çoxluğun yox, azlığın hakimiyyətidir. Bir nəfər belə, hansısa pozuntuya diqqət çəkirsə, cavabdeh qurumlar anındaca reaksiya göstərir. Belə qarşılıqlı ünsiyyət ictimai nəzarətin formalaşmasına təkandır.

Sıradan çıxmağa məhkum olan ənənələr var ki, cəmiyyətin inkişafına əngəl törədə bilir. İnsanların kompakt yaşadıqları bir ərazidə ailələrdən birinin həyatı daim münaqişə içərisində keçir. Qonşular o ailədə nələrin yaşandğını bilir, ancaq əski ənənəyə görə hüquq-mühafizə orqanlarına məlumat vermirlər. İnsanlıq nümayiş etdirən belə adam barəsində kənddə “xəbərçi”dir ifadəsi yayılır. Yaxud, ailənin başçısı həmin insanı “öz daxili işimizdir” deyib, təhdid edir.

Bir olmuşu da yazım. İştirakçısı olduğum bu hadisə dostlarımızın birinin avtomobilində baş verib. Sürücü – ata qabaq oturacaqda əyləşən ikinci sinif şagirdi olan oğlu ilə söyüşlə danışır, onunla birlikdə əxlaqsızlıq etdiklərini xatırladıb, şaqqanaq çəkib gülür. Təbii ki, belə mənzərəyə dözmürəm və uşaqla belə danışmağın yanlış olduğunu diqqətə çatdırıram. Cavab yenə ənənəvidir: “Oğul mənimdir, özüm bilərəm”. Belə cavabın qarşılığında adətən geri çəkilirik. Xeyr, səhv edirik. Nə ailəsini incidən kişi, nə oğluna əxalqsızlıq aşılayan ata mövqelərində haqlıdırlar. O ailə də, o uşaq da ictimaiyyətindir. İnsan ailəsindən öncə dövlətindir. Döyülən qadın iztirablara dözməyib intihar edəndə, atasından söyüşlər eşidən oğul ağır cinayət törədəndə ölkə ayağa qalxacaq. “Daldan atılan daş topuğa dəyər”. Gecdir dostlar, artıq faciə yaşadıq. Niyə? Bəli, ictimai nəzarətin mahiyyətini dərk etmədiyimiz üçün. Ölkə başçısı ictimai nəzarətin müqəddəs dəyərləri qorumaq gücündə olduğunu bildiyi üçün bizə haqqın tapdanmasına qarşı çıxmağa meydan verib. Yəqin oxumusunuz, Avropanın hər hansı şəhərində iti döyən qonşusu haqqında polisə məlumat verən şəxs prosesin qarşılığında işə gecikirsə, onu nəinki cəzalandırırlar, əksinə mükafat verirlər. O, bir iti - canlını xilas etdi. Azərbaycan mədəniyyəti ilə 10 əsr öncə elə Avropa idi. Qloballaşan dünyada ictimai dəyərləri qurban vermək ağır fəsadlar törədər. İctimai maraq bütün maraqlardan öndə gəlməlidir. Öncə dövlət, sonra cəmiyyət, lap sonra vətəndaşın şəxsi marağı. Bu ardıcıllıq həm də milli marağın düsturu kimi də qəbul oluna bilər.

İctimai maraq milli marağın əsas tərkib hissəsidir. Dövlətin yoxdursa, cəmiyyətin də yoxdur. Biz dövlətsiz və cəmiyyətsiz heç kimik. Yəqin Somalidəki insanları gözlərimiz önünə gətirə bilərik. Onları da Allah yaradıb, onları da bu dünyaya gətirən ata və ana var. Belədirsə, niyə eyni həyat tərzi yaşamırıq? Fərqimiz nədir? Əlbəttə, ictimai nəzarət və milli maraqlar. Məndən ötən daş, mütləq qardaşıma dəyəcək. O daşın gedəcək yeri yoxdur. Bəlkə də fırlanıb doğma qardaşıma dəyməyəcək, amma dostuma, qonşuma, ellimə dəyəcəkmi? İşğalda olan torpaqlarımız uğrunda savaşda şəhid olanlar arasında sinəsini güllə qarşısına verib, əsgər yoldaşlarını xilas edən azmı qəhrəmanımız var? Onlar gülləyə sinə gərəndə kimləri ölümdən qurtaracaqlarını heç öyrənmədilər. Ölümdən xilas olanlar arasında onların qardaşları, qonşuları, dostları yox idi. Azərbaycanlı olmaq onun uğurunda canından keçməyə bəs edir. Buna ictimai şüur, milli maraq deyirlər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_78213991_1019534168416177_3319475915502649344_n.jpg

Bir anlıq düşünək, xaricdəyik və söhbətləşdiyimiz hansısa şəxs ölkəmiz barəsində mənfi fikirlər səsləndirir? Dözmərik. Heç kim dözməz, o adamın anındaca cavabını verərik, lazım gəlsə, dalaşarıq da. Vətən ailədən ötədir. Əvvəl Vətən olub, sonra ailə.

Azərbaycanda ictimai və milli marağın formalaşması, inkişafı üçün qanunvericilik səviyyəsində bütün işlər görülüb. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib. Bu qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Proses sürətlə davam edir. Təəssüf ki, neqativ məqamlar da var. Bəzi ictimai şuralarn formalaşmasında qeyri-demokratik üsullardan istifadə olunması haqqında mətbuatda xeyli yazılar yayılır. Bu mübarək işə xələl gətirənlər dövət maraqlarından kənara çıxdıqlarını gərək anlasınlar. İctimai Şura məhz o qurumun rəhbərinə hava-su kimi lazımdır. Rəhbər göstəriş verir, saxtakarlıq edənləri isə ictimai şuralar aşkara çıxarır. Prezident jurnalistləri öznünün köməkçiləri adlandırıb. Jurnalist düşüncəsi, vicdanı, peşəkarlığı ilə ictimai marağın daşıyıcısıdır. Prezident məlumatı onlardan alır. Jurnalist doğrunu söyləməyə məhkumdur, onun peşəsinin prinsipi budur. Belə olan təqdirdə hər hansı nazir ictimai şuranın sağlam şəkildə formalaşmasına niyə maraq göstərməsin?

İctimai Şurası olmayan xeyli qurum var, əsasən də icra hakimiyyətləri. Yerlərdən gələn etirazların da kökündə bu amil durur. İctimai Şura olsa, uzaq dağ kəndində yaşayan şəxs daha əziyyət çəkib paytaxta gəlməz, şuranın qaynar xəttinə zəng edib, vəziyyətini danışar və qarşı tərəf də rayon rəhbərliyini məlumatlandırar, problemin həllinə nail olar.

İkinci müstəqilliyimizin 30 yaşı var, amma hələ də vətəndaşın ictimai marağını öz şəxsi marağına qurban verən məmurlarla üzləşirik. Bir səbəb o məmurların xislətindədirsə, o biri səbəb ictimai nəzarətin zəifliyindədir.

Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Qeyri-Hökumət Təşkilatları kimi tanıdığımız bu qurumlar ictimai nəzarətin inkişafına çox böyük töhvə verirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə artıq QHT-lərin fəaliyyətinə ictimai nəzarət formalaşıb. SƏLİS Xidmət vasitəsilə istənilən vətəndaş QHT-nin təklif etdiyi layihəyə qiymət verə bilir və onun həyata keçməsini nəzarətində saxlayır. Vətəndaşın layihələrə verdikləri rəylər donor təşkilatın münasibətinə təsir edir, qiymətləndirmədə nəzərə alınır. Buyurun, vətəndaşın qiyməti layihələrin maliyyələşməsində əsas meyara çevrilib.  İctimai rəyin təşkil olunması, vətəndaşa fikrini bildirməyə meydan verilməsi və onun rəyinin böyük təsiri cəmiyyətin qarşılıqlı münasibətlər çərçivəsində inkişafına böyük təkandır.

QHT könülülük prinsipi əsasında formalaşır. Bəzən yanlış dərk etmələr də olur. QHT-lər hər hansı ideyanı gerçəkləşdirməkdən ötrü donora ehtiyac olduğunu bildirirlər. Axı yerə zibil atanı məzəmmət etmək, küçədə köbud davrananı normalara əməl etməyə çağırmaq, hansısa bələdiyyə sədrinin qanunsuzluqlar etdiyini ictimailəşdirmək üçün donora nə ehtiyac var? Vətəndaş ictimai şüurla yaşasa, milli maraqları hər şeydən üstün tutsa, Azərbaycan ən qısa vaxt ərzində demokrtaik dəyərlərin tam oturuşmasına nail olan yeganə ölkə kimi tarix yazar.

Milli maraqdan uca varlıq ola bilməz. İstənilən ölkənin davamlı inkişafının, sabitliyinin, monolitliyinin təmin ediləməsində milli maraqlar amili əsas götürülür. Milli maraqlar müəyyən olunarkən bir neçə parametrə əsaslanır. Milli maraqlar vətəndaş maraqlarının ümumiləşdirilməsindən tutmuş dövlətin coğrafi mövqeyinin xüsusiyyətlərinə, iqtisadi, siyasi, mədəni inkişafa, digər tərəfdən isə insan təbiətinin özəlliklərinə əsaslanır. Milli maraqlarla bağlı siyasət formalaşdırılarkən aşağıdakı prinsiplər əsas götürülür:

 - Milli maraqların araşdırılıb təsnifatlandırılması;

 - Milli maraqların ölkənin qanunvericilik aktlarında təsbit olunması;

 - Milli maraqların təmin olunmasının vasitə və üsullarının müəyyən edilib əməli fəaliyyət mərhələsinə keçilməsi.

Ümumiyyətlə milli maraqlar obyektiv amillərin təsiri altında, fərdin, cəmiyyətin və dövlətin tələbatları əsasında təşəkkül tapır. Burada xüsusən iki qrup siyasi amilə diqqət çəkmək vacibdir:

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_73086410_560483941426353_1156842741028618240_n.jpg

Obyektiv geosiyasi amillər – ölkənin ərazisi, coğrafi mövqeyi, təbii resursları, əhalisinin sayı, iqtisadi inkişaf səviyyəsi, siyasi sabitlik dərəcəsi, hərbi gücü, tarixən formalaşmış mədəniyyəti, elm və texnologiyanın inkişaf səviyyəsi, beynəlxalq vəziyyət;

Subyektiv geosiyasi amillər – siyasi rejim, siyasi rəhbərlik, liderlərin idarəçilik səriştəsi, ictimai şüurun, xüsusən hüquqi və siyasi şüurun inkişaf səviyyəsi.

Təbii ki, sadaladıqlarımız elmi yanaşmanın təzahürüdür. Belə yanaşmadan daha çox alimlər, politoloqlar, siyasətçilər istifadə edirlər. Vətəndaş milli marağın konseptual tərəfindən xəbərsiz ola bilər. Ona Vətənin siyasi və mənəvi sərhədlərini öyrənmək daha rahatdır. Vətəndaş ölkəsinin tarixini, dilini, dinini biləcəksə, heyranlığını gızlədə bilməyəcək. Vətənpərvər olmayan insan normal düşüncə sahibi deyil. Hər addımda  vətənpərvərlik nümayiş etdirmək, Vətən həsrətli şeirlər söyləmək də işə yaramaz. Vətənpərvərlik yalan danışmamaq, nahaq yerə incidilənin müdafiəsinə qalxmaq, ölkə başçısınının görən gözü, eşidən qulağı olmaqdır. Belədə özünün xəbəri omadan milli maraqları qorumuş sayılacaqsan. Bizim elə mental dəyərlərimiz var ki, onları gələcəyə daşımaq elə milli maraqlara xidmət etməkdir. Bu gün dağılan ailələrin sayı ilə bağlı böyük rəqəmlər səsləndirilir. Ailə kiçik dövlətdirsə, onun dağılmasına necə razı öla bilərik?! Baba və nənələrimizin qoruduğu ailə institutu var, onu bərpa etməyə çalışmaq elə milli maraqları qorumaqdır. Müəllim şagirdinə fənni öyrətməklə yanaşı vətənpərvərlik dərsi də keçəcəksə, o, milli maraqları qoruyanlardan olacaq. Kimsənin şəxsi işi yoxdur, bütün işlər ictimaidir. Hətta məşhur obraz Tarzan belə, meşədə tək yaşamadı, heyvanların qayğısına qaldı.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_77306563_2585498208211392_3806970655107186688_n.jpg

Biz düşməni olan xalqıq. Vətən sevgimizdə praqmatik olmaq borcumuzdur. Dövlətinə, cəmiyyətinə, xalqına olan sevgi hər bir insanın həyat tərzindən aydın görünür. Bir əsgərlə həmsöhbət oldum. Harda qulluq etdiyini soruşdum, demədi. Necə qidalandıqlarını da söyləmədi. Qış fəsliydi, havada şaxta vardı, “gecələr üşüyürsünüzmü”  sualım da havadaca dondu. Əsgər bütün suallarıma bir cümləylə cavab verdi: “Mən sizə deyəcəm, siz də hardasa danışacaqsınız, sonra söz sözə qoşulub, gedib düşmən tərəfə keçəcək. Bu isə milli maraqlarımıza ziddir”. Hava şaxtalı olsa da, sifətimdən tər axırdı. Üzgörənlik edib, qəfildən soruşdum: “Vətənə aid şeir bilirsən?”. Utana-utana “təkcə himnimizi”- dedi, ardından “orta məktəbdə yaxşı oxumamışam” cavabını verdi. Şəhid dostlarımı xatırladım. Əksəriyyəti orta məktəbdə yaxşı oxumurdular. Müharibədən öncə onlarla daha çox küçədə üzləşirdim. Ancaq bütün qəsəbə sanki kürəklərini onlara söykəmişdi. Qəsəbədə pis heç nə baş vermirdi, o uşaqlar kimsəni başqasının haqqını tapdamağa qoymurdular. Adlarını “qəsəbənin qeyrəti” qoymuşduq. Müharibəyə getdilər, ictimai və milli marağı ürəklərinə sıxıb əbədiyyətə qovuşdular.

 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_60766221_615122419008419_8219834880691798016_n.jpg

Onlar ömürlərini bizə verdilər, biz də o ömrümüzü ölkəmizə həsr etməliyik. İctimai və milli maraq hər kəsi özünün döğman bilməkdir. Nobel mükafatçısı Jan Pol Sartrın bir fikri var: “Başqaları cəhənnəmdir”. Bizim üçün Azərbaycan adlı coğrafi ərazidə başqası yoxdur. Milli maraq və ictimai şüur hər kəsi özün qədər sevməkdir.

Məqalə “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazılıb

07 Dekabr 2019 Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR
06 Dekabr 2019 Azərbaycanlıya Pentaqonda yüksək vəzifə verildi - FOTO
06 Dekabr 2019 Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
05 Dekabr 2019 Sabah Azərbaycanda 650 min ağac əkiləcək
05 Dekabr 2019 MİDA-ya yeni TƏYİNAT
05 Dekabr 2019 “Milli Amal” könüllüləri – Abşeronun pərvanələri
05 Dekabr 2019 Mədət Quliyev generala VƏZİFƏ VERDİ
04 Dekabr 2019 İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO
04 Dekabr 2019 Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub - FOTO
04 Dekabr 2019 Prezident yeni icra başçıları təyin etdi - SƏRƏNCAM
04 Dekabr 2019 "Bakı Metropoliteni" bina tikintisini dayandırdı - Vətəndaşlar mənzilsiz qaldı - VİDEO
03 Dekabr 2019 Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi - SƏRƏNCAM
03 Dekabr 2019 Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır
03 Dekabr 2019 Əhaliyə hava xəbərdarlığı - Qar yağacaq
03 Dekabr 2019 SON DƏQİQƏ! Azərbaycanda 5 tələbə qız zəhərləndi
03 Dekabr 2019 "Yenilənmiş Parlament necə olmalı?" sualını Azay Quliyev CBC-yə şərh etdi"
03 Dekabr 2019 Göygöldə Könüllülər Günü münasibətilə tədbir keçirilib - FOTO
02 Dekabr 2019 İlham Əliyev Gündüz Kərimova yüksək VƏZİFƏ VERDİ
02 Dekabr 2019 Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul