fddffdfgfgf.jpg
“Hakimiyyətə gəldiyi ilk dövrlərdən islahatlara və yeniliklərə meyilli siyasət yürüdən Prezident İlham Əliyev region ölkələrinə də nümunə olan islahatlar kursunu 2019-cu ilin əvvəlindən yeni mərhələyə keçirdi. Milyonlarla insanın həyatına müsbət təsirini göstərmiş sosial paket, struktur və kadr islahatlarının daha geniş əhatə dairəsinə hədəflənməsi göstərdi ki, dövlət başçısının hələ 2003-cü ildə elan etdiyi prioritetlər dəyişməzdir. Bu baxımdan, Prezident Adminstrasiyasının strukturunda edilmiş dəyişikliklər də bilavasitə sözügedən islahat kursunun tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşilatının sədr müavini Ramin Əhmədov Prezident Adminstrasiyasının strukturunda edilmiş dəyişiklikləri şərh edərkən deyib.

YAP rəsmisi Prezidentin apardığı son kadr dəyişikliklərinin yeni idarəçiliyə keçid prosesini sürətləndirəcəyini deyib: “Dünyada elm və texnologiya sürətlə inkişaf edir. Ona görə yeni dövrdə müasir çağırışlara adekvat olan kadrlarla işləmək zərurəti yaranır. Ölkə başçısı keçirdiyi iclaslarda dəfələrlə bu məsələyə toxunub və yeni çağırışlara cavab verməyən vəzifəlilərin gənclərlə, dinamik fəaliyyət imkanı olan gənc nəslin nümayəndələrilə əvəzlənəcəyini deyib. Bu baxımdan, prezidentin son təyinatları da xeyli əvvəldən elan olunmuş islahatlar strategiyasına tam mənada cavab verir. Məsələn, Prezidentin yüksək intellektə malik, müasir dünyagörüşlü, gənc cəmiyyətdə böyük nüfuza malik olan Anar Ələkbərovu özünə köməkçi təyin etməsi postneft dövründə qarşımızda duran hədəflərə uğurla və sürətlə çatmağımıza böyük töhfə verəcək”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdfgdgfgfgfgfgf.jpg

Ramin Əhmədov vurğulayıb ki, islahat kursu bütün sahələri əhatə edir, lokal deyil, kompleks yenilənmə məqsədindən irəli gəlir: “Müşahidələr göstərir ki, Azərbaycanın bütün dövlət strukturlarında, idarələrdə, komitələrdə, nazirliklərdə yeniləşmə prosesi gedir. Dövlət qurumları ölkə başçısının tapşırığı ilə iş prinsiplərində ciddi dəyişikliklər edir və əhalini narazı salan məqamların aradan qaldırılması üçün kadr dəyişiklikləri həyata keçirirlər. Gənc kadrların dövlət qurumlarında yüksək vəzifələrə gətirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Bu ənənənin əsasını ölkə başçısı İlham Əliyev qoyub və bütün dövlət orqanları işini Prezidentin elan etdiyi kursa uyğun davam etdirməlidir”.

YAP rəsmisinin sözlərinə görə, dayanıqlı inkişaf, eləcə də əhalinin rifahı baxımından kadr və struktur islahatlarının aparılması həmişə aktualdır: “Azərbaycanda həyata keçirilən islahat kursu da ümumi xəttə uyğundur. Əminliklə deyə bilərik ki, xalqımız yaxın müddət ərzində Prezidentin kadr dəyişiklikləri və struktur islahatlarının təsirini öz rifahında, sosial vəziyyətində hiss edəcək”.

R.Əhmədov sonda qeyd edib ki, islahatların aparılmasında əsas məqsəd idarəçilikdə dinamizi təmin etmək və əhalinin rifahını daha da yaxşılaşdırmaqdır.

Missiya.Az


02 İyun 2020 Azərbaycanda kəndə ilanlar hücum etdi - ŞOK VİDEO
01 İyun 2020 Azərbaycanda ağır koronaviruslu xəstələr bu metodla sağalır
01 İyun 2020 Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
01 İyun 2020 Nikol Paşinyan koronavirusa yoluxub
01 İyun 2020 Azərbaycanda buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarix məlum oldu
31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
29 May 2020 “Mall”arın fəaliyyəti bu tarixdən bərpa edilir – RƏSMİ AÇIQLAMA
29 May 2020 Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu
28 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
27 May 2020 Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı
27 May 2020 Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
27 May 2020 Emmanuel Makron İlham Əliyevə təbrik məktubu göndərdi
27 May 2020 Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən YENİ XƏBƏR - VİDEO
26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ