b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_b40bb30d-93d4-41c4-ab2d-389f26c48073.jpg

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Missiya.Az xəbər verir ki, toplantını giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzər salıb, diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb. 

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan diasporuna qayğısı, Dövlət Komitəsinə münasibəti öz müsbət nəticələrini verir:

“Bizim işimiz, həmçinin, diasporumuzun səmərəli fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması ilə birbaşa bağlıdır. Biz bu işdə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik və strateji hədəflərimizə çatmaq yolunda var gücümüzlə çalışırıq”.

Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaranıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb.

Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar böyük işlər görürlər. Diasporumuzla real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu xalqın və bu vətənin bir parçası kimi hiss edir.

İclasda “İnsan resursları, hüquq və sənədlər iş” və “Təbliğat, informasiya, və analitik təhlil” şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, son iki il ərzində səkkiz normativ-hüquqi sənəd layihəsi hazırlanıb, sənədlərin elektron bazası formalaşdırılıb, informasiya və təbliğat işinin təşkili istiqamətində Media, İKT Mərkəzi formalaşdırılıb, rəsmi internet saytı üç dildə fəaliyyət göstərir və 98 ölkədən izlənir.

Mərkəzə daxil olan infoqrafik xəritədə 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb, son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır. Məruzələrdə sənəd dövriyyəsi, Diaspor TV və Diaspor FM-in fəaliyyəti, sosial şəbəkələrdə işin qurulması, Komitədə yaradılan informasiya bazası və ondan istifadə və s. məsələlər konkret rəqəmlərlə diqqətə çatdırılıb.

Dövlət Komitəsinin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_cac485ab-8391-4e63-93f8-8e1bd30a578e.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_d35b1fb3-9bf7-4a50-9707-2f867fdfd747.jpg

 

14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
13 Noyabr 2019 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur - VİDEO
12 Noyabr 2019 Türkiyədə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilib
12 Noyabr 2019 Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
11 Noyabr 2019 Prezident və xanımı ağacəkmə aksiyasında - FOTO
11 Noyabr 2019 Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq
11 Noyabr 2019 Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
09 Noyabr 2019 İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – FOTO
09 Noyabr 2019 Bayraq insan - İradə Tuncay
09 Noyabr 2019 Dadaş Dadaşlinski kimdir? - Bütün suallara cavab verdi - VİDEO
08 Noyabr 2019 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
07 Noyabr 2019 Amaliya Pənahovanın abidəsi ucaldıldı - FOTO
07 Noyabr 2019 Sevinc Osmanqızının daha bir yalanı ifşa olundu - FOTO