b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfgfhgjhj.jpg

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin mətbuatında gülüş hədəfinə çevrilib.


Missiya.Az xəbər verir ki, səfir A.Xudiyev Ukrayna tv-lərindən birinə verdiyi müsahibə zamanı biabırçı səhvlər buraxıb. Səfir Ukrayna ilə Azərbaycan arasında münasibətlərdən danışarkən əlaqələrin “hələ Kiyev Rus Dövləti zamanından” başlanğıc götürdüyünü və Azərbaycan məhsullarının Kiyev Rus Dövlətinə Volqa-Don kanalı vasitəsi ilə daşındığını deyib. Amma izah verməyib ki, həmin dövrdə olmayan bir kanal vasitəsi ilə mal daşımaq necə mümkün olub? Məsələ burasındadır ki, Kiyev Rus Dövləti eramızın 9-12-ci əsrlərində mövcud olub. Volqa-Don kanalı isə 1952-ci ildə tikilib. Görünür, səfirin tarixi bilikləri çox zəifdir.

Amma xətalar bununla bitmir. Azər Xudiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrindən danışarkən də səhvə yol verib. Ukrayna mətbuatı yazır ki, səfir müsahibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdiyi qətnamələrin sayını qarışdırıb. Belə ki, A.Xudiyev BMT-nin 5 qətnaməsi olduğunu vurğulayıb. Halbuki qətnamələrin say 4-dür. Səfirin Azərbaycanla bağlı qəbul edilmiş strateji sənədlər barədə məlumatsız olması təəssüfləndirici haldır...

Bundan başqa, A.Xudiyev Azərbaycanda qaçqınların sayını da dəqiq deməyib. O, qaçqınların sayını 1 milyon 200 min kimi göstərib.

Nəhayət daha bir xəta səfirin Ukrayna ilə Azərbaycanın eyni şəkildə ərazi itkisi yaşamasından danışarkən qeydə alınıb. Onun ölkələrin ərazi bütövlüyünü problem kimi qeyd etməsi təəccüblə qarşılanıb: “Təəssüf ki, Ukrayna da ərazi bütövlüyü faciəsi ilə üzləşib”. İndi biz cənab səfirdən soruşuruq: Ölkələrin ərazi bütövlüyü nə vaxtdan problem hesab olunur? Problem, ərazi bütövlüyünün pozulmasıdır. Siz, Azərbaycanı təmsil edən bir diplomat kimi belə kobud səhvə yol verməməlisiz. Bir müsahibə ərzində buraxdığınız ciddi səhvlərə görə, Ukrayna mətbuatında gülüş hədəfinə çevrilmisiniz. Deməli, sizin timsalınızda təmsil etdiyiniz ölkəyə gülürlər...

Biz deyək, siz yadınızda saxlayın: Azərbaycandanla, yəni o zamankı Şirvanşahlar dövləti ilə Kiyev Rus Dövləti arasında ticari əlaqələr Bakı-Xarkov qatarı vasitəsi ilə həyata keçirilib.

Zarafat edirik cənab səfir, o vaxt dəmir yolları hələ çəkilməmişdi...
 


Missiya.Az


24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı
21 May 2020 Qənirə Paşayeva: "Radikal müxalifət üçün ön planda dəstək aldıqları xarici güclərin maraqlarıdır"
21 May 2020 Namizəd Səfərov da Milli Şuradan istefa verdi - BƏYANAT
21 May 2020 SON DƏQİQƏ! Bakıda intihara cəhd - VİDEO
20 May 2020 Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu - ARAYIŞ
20 May 2020 Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edildi
19 May 2020 Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi
19 May 2020 Bunu edənləri 100 AZN cərimə və ya 30 sutka həbs gözləyir - XƏBƏRDARLIQ