b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_nicat1111.jpg


                                                                                                Nicat Dağlar

2005-ci il 26 noyabr mitinqini xatırlayırsız? “Qələbə” dairəsində keçirilən həmin razılaşdırılmış mitinqin polis tərəfindən dağıdılması hansı təxribatçı davranışlara görə oldu? Kim polisi aksiya iştirakçılarının üstünə yeriməyə təhrik etdi? Unudanlar varsa, mən deyim: Əli Kərimli. Bu adam tribunadakı müxalif partiya sədrlərinin – Azadlıq Bloku təmsilçilərinin iradəsindən kənar təxribatçı hərəkəti ilə ölkədəki mitinqlər seriyasına son qoydu. Hə, məhz onun sayəsində ölkədə uzun müddət ölü bir sükut hökm sürdü.

Həmin gün müxalifətin kürəyinə elə bir xəncər saplandı ki, açılan yaranı hələ də sağalda bilmirlər...

14 il əvvələ qayıdırıq.

Mitinq öz axarı ilə davam edirdi. Meydan coşur – “Azadlıq”, “İstefa” şüarları bir birini əvəzləyirdi. Kənardan görünən o idi ki, təşkilatçılar mitinqin izdihamlı alınmasından xeyli məmnundurlar. Narıncı bayraqların “daha şövqlə” dalğalandığı bir vaxtda mikrofon Əli Kərimliyə ötürüldü. Danşdı, qızışdı, meydanı daha da coşdurmağa çalışdı. Qəfil Kərimli təxribatçı şüarlarla aksiya iştirakçılarını oturaq aksiyaya çağırdı. Təşkilatçılar nə baş veridyini alnamırdılar. Hamısı təlaş içinə bir-birinin üzünə baxırdı. Yalnız bir şey aydın idi ki, Kərimlinin “Heç kəs dağılışmasın, hamı yerdə otursun” çağırışı polisi mitinqi dağıtmağa təhrik edəcək. Bu isə təşkilatçıların planına daxil deyildi. Qərəz, Əli Kərimli digər partiya sədrləri ilə məsləhətləşmədən, onların razılığını almadan ölkədə mitinqlər seriyasına birdəfəlik son qoyulması ilə nəticələnəcək təxribara əl atdı – onun çağırışı ilə aksiya iştirakçıları yerdə oturmağa başladılar. Çox keçmədi ki, polis qüvvələri mitinqçilərə doğru hərəkətə keçdilər. Təxribata sürükləndiklərini görən insanların bir qrupu yerdən qalxaraq geri çəkilməyə meyillənsə də Əli Kərimlinin, “Mən də sizin yanınıza gəlirəm” deyərək tribunadan aşağı düşməsi vəziyyəti bir qədər də gərginləşdirdi. Beləliklə, bayaqdan bəri ancaq aksiyanın təhlükəsizliyini təmin etməyə çalıçan polis qüvvələri mitinq üçün nəzərdə tutulmuş vaxt bitən kimi Kərimlinin çağırışı ilə oturaq aksiyaya keçid alanların üstünə yeriyərək dəyənəyin sərt üzünü göstərməyə başladılar. Və...

Mitinq sərt müdaxilə ilə dağıdıldı!

Bir neçə dəqiqənin içində meydan boşaldıldı!

Döyülənə bax, tutulana bax, qaçana bax...

Axı bütün bunlar olmaya bilərdi. Əli Kərimlinin, “hamınız oturun, heç yerə dağılışmırıq” şəkilli çıxışı zamanı polis bir neçə dəfə xəbərdarlıq etmişdi. Demişdilər ki, mitinq üçün ayrılmış vaxt bitən kimi hamı dağılışsın, oturaq aksiya qanusuzdur. Əgər tabesizlik göstəriləcəksə, qanunun tələblərinə uyğun addım atılacaq. Əli Kərimli heç nəyə məhəl qoymadı. Yanındakı partiya sədrlərini də dinləmək istəmədi. Özbaşına qərar verib camaatı qırğına göndərdi...

Niyə belə elədi?

Bu təxribat onun nəyinə lazım idi?

Niyə camaatı polislə üz-üzə qoydu?

Bu sualları ərazidən uzaqlaşmağa müvəffəq olanlarlar metroya sarı uzanan yol boyu bir-birlərinə ünvanlayıb, cavab axtarırdılar. Cavab isə yox idi...

Həmin gün müxalifətin kürəyinə elə bir xəncər saplandı ki, açılan yaranı hələ də sağalda bilmirlər...

***

Qayıdırıq bu günlərə.

AXCP sədri 19 oktyabra təyin etdikləri aksiya ilə bağlı çağırış edir. Hamını küçələrə sasləyir, razılaşdırılmamış ünvana çağırır. Bilə-bilə ki, polis qanunsuz aksiyaya imkan verməyəcək, bilə-bilə ki, dəyənəklər işə salınacaq, yenə də insanları təxribata çəkir, polis qüvvələri ilə üz-üzə qoymağa çalışır. Deyir ki, sizi tək qoymayacam, mən də yanınıza gələcəm. 2005-ci ildə də belə demişdi: “Yanınıza gəlirəm”. Elə bununla da məhv elədi hər şeyi. Təkcə aksiya iştirakçılarını qurban vermədi, ümumən müxaifətin tifağını dağıtdı.

Həmin gün müxalifətin kürəyinə elə bir xəncər saplandı ki, açılan yaranı hələ də sağalda bilmirlər...

Adam dincələmək bilmir. Camaatın balasını göz görə-görə cinayətə sürükləyir. 14 il əvvəlki təxribatını 19 oktyabrda təkrarlamaq niyyətindədir...



26 May 2020 Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq
25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
24 May 2020 Tovuzda Qənirə Paşayevanın təşəbbüsü ilə 150 ailəyə yardım edilib - FOTO
23 May 2020 Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ
23 May 2020 Azərbaycanda əməkhaqqı kartlarının yoxlanılmasına başlanıldı
22 May 2020 Maliyyə şəffaflığı və “kölgəsiz” iqtisadiyyat – İnkişafa aparan yol
22 May 2020 AzTV işdən çıxarılan 9 işçi ilə bağlı məlumat yaydı - MƏTN
22 May 2020 Təhsil Nazirliyi koronavirusa görə şagirdlərlə bağlı mühüm QƏRAR VERDİ
22 May 2020 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi
22 May 2020 Prezident daha bir icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
22 May 2020 Ukraynadakı sabiq səfirimiz də karantinə alınıb – FOTO
22 May 2020 Azərbaycanda 8 günlük tətil başlayır – RƏSMİ
22 May 2020 Azərbaycanda koronavirusun sürətlə yayıldığı ərazilər - VİDEO
21 May 2020 Rüstəm Usubov vəzifədən azad edildi - SON DƏQİQƏ
21 May 2020 SON DƏQİQƏ! Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər saxlanıldı
21 May 2020 Qənirə Paşayeva: "Radikal müxalifət üçün ön planda dəstək aldıqları xarici güclərin maraqlarıdır"
21 May 2020 Namizəd Səfərov da Milli Şuradan istefa verdi - BƏYANAT
21 May 2020 SON DƏQİQƏ! Bakıda intihara cəhd - VİDEO
20 May 2020 Bu gün 7NEWS.az saytının 5 yaşı tamam oldu - ARAYIŞ
20 May 2020 Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edildi