b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_72532285_711069199362914_3497596266626416640_n.jpg


Missiya.Az
beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyevanın “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni təqdim edir:

 

- Əli Kərimli Navalnı yolunu gedir. Bu açıq şəkildə görünür. Ötən ay Rusiyada Moskva Dumasına və bir neçə quberniyaya seçkilər keçirildi. Orada bəzi namizədlərin qeydə alınmaması ilə bağlı aksiyalar keçirildi və müxalifət şəhərin mərkəzini istədi, yəni icazəli yerlərə getmədi. Nəticədə Moskvanın mərkəzində mitinqlər keçirildi, insanlar həbs olundu, bir neçə gəncə 2 ildən artıq cəza verildi. Sizcə oxşar proseslər bizdə də getmirmi?

 

- Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyəti durur. Bütün dünyada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyən proseslər öncəsi və ya ərəfəsi, iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses, bir qaragüruh qrupun monopoliyasında, zaman-zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukrainada narıncı inqlab olanda narıncı rəngə bürünüb etiraz edir, Gürcüstanda qızılgül inqilabı olanda əllərinə qızılgül alıb etiraz edir, Türkiyədə qadına qarşı zorakılıq etirazı gedəndə bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edir, Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ruhlanıb, eynisini yamsılamağa cəhd edirlər. Yəni kənarda baş verən etirazların imitasiyası gedir. Proses imitasiya olunduğu kimi, simalar da yamsılanır. Məsələn, blogger Əli Kərimli hər prosesdə özünü xarici etiraz liderinə oxşatmağa çalışır. Məsələn, elə, haqqında bəhs etdiyiniz Navalnı kimi. Ancaq məsələ ondadır ki, Navalnı və qrupunun alətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da, Azərbaycanda əksinə, bu qruplara nifrət gətirir.

 

- 28 sentyabr aksiyasına icazə verildi, getmədilər, piket keçirdilər. İndi də 19 oktyabr aksiyasına icazə verilib, yenə getmirlər və hətta 28 may Metrostansiyasının qarşısındakı ərazidə toplaşacaqlarını bildirirlər. Əli Kərimli şəxsən özünün aksiyada iştirak edəcəyini deyir. Nə baş verir? O insanları tutdurmaq, ölkəni qarışdırmaq taktikasını seçib?

 

- Bu suala cavab kimi bəhs etdiyimiz etiraz təşəbbüsünün mahiyyətini sıravi vətəndaşımıza aydın etmək üçün kiçik bir izah vermək istəyirəm. Keçən həftə Aşğabadda MBD ölkələri rəhbərlərinin iclası keçirildi. Bir neçə gün öncə Bakıda Türkdilli ölkələrin Şurası toplaşdı. Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə, bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması aydın gözə çarpdı. Türkiyənin "Barış Pinarı" sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa fikirimcə ehtiyac yoxdur. Çünki bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna bir başa təsir edən məsələlərdir. İndi sual yaranır, regionda kənar maraqların bu qədər qabarıq konfrantasiyası kimi həssas bir dönəmdə, proseslərin mərkəzində olan Azərbaycanın paytaxtında müxalifət etiraz üçün icazəli yer olduğu halda, mərkəzdə icazəsiz aksiya keçirib, qarşıdurma və çaxnaşma görüntüsü yaratmaqla Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır? Və ən əsası belə görüntü yaratmağın sifarişi onlara hardan gəlib? Əlbəttə, haradan gəldiyini müəyyən etmək çətin deyil. Bütün hallarda tam əminliklə deyə bilərik ki, proses kənardan idarə olunur.

 

- Rusiyadakı aksiyalara Qərbin diqqətini çəkmək mümkün oldu. Hətta aksiyaları Moskvanın mərkəzində keçirməyə icazə almağa nail oldular.  Burada necə, Milli Şura Qərbin diqqətini çəkə biləcəkmi? Ən əsası, Rusiya müxalifə şəhərin mərkəzində Rusiya müxalifəti kimi icazə ola biləcəkmi?

 

- Qərb dediyimiz monolit bir təsisat deyil. Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız, AB , ABŞ- təsisatın bəlli ünvanları, siyasi, təhkükəsizlik mərkəzləri Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm: son iki ildə AB-nin kiber təhlükəsizlik institutları maraq dairəsinə daxil olan regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırladılar. Bu hesabatlarda Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı məqamlar yer alıb. Sənədlərdə ölkədəki nüfuz agentlərinin (müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media üzərindən təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatlar - siyasi, iqtisadi, təhkükəsizlik mərkəzləri Azərbaycan müxalifətini tanıyır və onun kənar əlaqələrinin hansı səviyyədə olduğunu bilir. Azərbaycanda müxalifətin etirazlarla və süni qarşıdurmalarla diqqətini çəkməyə çalışdığı dairələr isə ünvanı, məramı bəlli olmayan, anti-Azərbaycan ruhunda köklənmiş surroqat təsisatlardır.

 

18 Noyabr 2019 Məşhur türk iş adamı Azərbaycanı Dirçəliş Günü münasibəti ilə təbrik etdi - FOTO
16 Noyabr 2019 Döyüldüyünü iddia edən Güləli Fərziyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"
16 Noyabr 2019 İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
16 Noyabr 2019 Prezident: Savadsız bir demaqoq müdafiə naziri, xırda alverlə məşğul olan biri baş nazir olmuşdu
15 Noyabr 2019 Prezidentdən Bilal Əliyevin yubileyinə hədiyyə: 3 otaqlı ev
15 Noyabr 2019 APA 15 illik yubleyini qeyd edir
15 Noyabr 2019 “Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO
15 Noyabr 2019 Polislər uşaqları yanmaqdan belə xilas etdi - TƏSİRLİ FOTOLAR
15 Noyabr 2019 Şeyx dünənki ziyafətə oğlu və nəvəsi də qatılıb - FOTO
14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
13 Noyabr 2019 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur - VİDEO
12 Noyabr 2019 Türkiyədə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilib
12 Noyabr 2019 Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO