b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_72463266_412611236333375_1336416483315548160_n.jpg

8 oktyabr aksiyasına cəmiyyətdən dəstək ala bilməyən Əli Kərimli yenə Youtube kanallarının efirinə pərçimlənərək 19 oktyabra təyin etdikləri mitinqə çağırışlar edir. Dünən də gecə saatlarında “Sevinc TV”də çıxış edirdi. Yenə eyni tərz və eyni bayatılar... “Azərbaycan dağılır” şəkilli şivən tezisləri ilə “silahlanmış” bu adam deyəsən fərqində də deyil ki, cəmiyyət onun dediklərinə, “Gözünün içinə qədər yalan deyirsən” formalı reaksiyalar verir və əslində 8 oktyabr aksiyasına cəmiyyətin dəstək verməməsi də elə bu münasibətin göstəricisi idi. Bəli, görünən o idi ki, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş aksiya “gəlin kənardan müşahidə edin” kimi hiyləgər çağırışlara rəğmən vətəndaşların diqqətini cəlb etmədi. Ortalıqda ancaq Milli Şura adlı dərnəyin “kalorili” yalanları ilə “qidalanan” azsaylı qruplar dolaşırdı ki, onlar da ancaq Youtube kanalları üçün “maraqlı” səhnələr yaratmaqla məşğul olurdular. Halbu ki, dil boğaza qoymadan iddia edirdilər ki, “cəmiyyət artıq hazırdır” və 8 oktyabrda “yer yerindən oynayacaq”.

Olmadı! 

Dəstək verilmədi! 

Bir daha aydın oldu ki, xalq küçələrə çıxmaq həvəsində deyil.

19 oktyabr aksiyasını da eyni aqibət gözləyir. Əli Kərimli təkcə gecələr deyil, 24 saat dayanmadan Youtube-dən çağırışlar etsə də belə cəmiyyətdən ciddi dəstək qazana bilməz. Özünə hörmət edən, ağlı başında olan vətəndaş küçə psixologiyasının daşıyıcısı olan və elə küçə sözlərilə də cəmiyyətə xitab edənlərin apardığı təbliğatın arxasında dövlətimiz və ölkəmiz üçün təhlükəli ssenarilər dayandığını yaxşı başa düşür. Azərbaycan cəmiyyəti Əli Kərimlinin özünü ciddi siyasi fiqur kimi qəbul eləmir. Hamı bilir ki, o, bu vaxta qədər ancaq, “şəxsi maraqların təmin olunması” ideolojisinə xidmət edib və onun gözündə dövlətin də, xalqın da qara qəpiklik qiyməti yoxdur. Komsomol-da olanda da belə olub, Elçibəyin komandasında təmsil olunanda da, liderini və müəllimini satanda da... İndi də heç nə dəyişməyib – “Şakaya pul lazımdır”...

Keçək başqa məsələyə.

Əli Kərimlinin tərəfdarlarının insanları mitinqlərə söyüşlə müşayət olunan çağırışlarla cəlb etməyə çalışmasından mətbuatda dəfələrlə yazılıb, konkret nümunələr göstərilib. Hətta, “gəlməyənlərin anasını bacısını...” şəkilli əxlaqsız çağırışlara da rast gəlinib... Belə bir tərbiyyəsizlik nümunəsi dünən də qeyd alındı. Özü də Əli Kərimlinin 19 oktyabr aksiyası ilə bağlı çıxışı zamanı. Oxuculardan üzr istəyərək həmin çıxışın hansı başlıq altında təqdim olunduğunu əks etdirən fotoları təqdim edirik. Baxın, görün kimlər Azərbaycanda hakimiyyəti dəyişmək istəyir. Görün kimlər insanları küçələrə çağırır. Belə çürük və əxlaqsız adamların hakimiyyət başında olması ölkəyə hansı fəlakətləri gətirəcəyini təsəvvür edirisinizmi? Biri deyir silaha sarılın, dövlət obyektlərini yandırın, başqa birisi, “polislərin qarşısına mantirovkalarla, armaturlarla” çıxın deyir, biri də mitinqə adam cəlb eləmək üçün söyüş qoyur, çağırış videolarına küçə sözlərindən ibarət başlıqlar qoyur... 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dsdfdggfhgf.jpg


Belə təhlükəli, mədəniyyətsiz və elementar ailə tərbiyyəsinə malik olmayan adamların səsinə kim səs verər? Kim istəyər ki, GÜL KİMİ ölkəmiz banditlərin, juliklərin əlinə keçsin? Kim arzulayar ki, anasının əmcəyini kəsənlər Azərbaycanı uçuruma yuvarlasın? Budur Əli Kərimlinin cəmiyyətə təqdim etdiyi fərqli siyasət?.. 19 oktyabrla bağlı çağırış nitqinə məlum başlığı qoyan təbliğatçılarının şəxsində yaratdığı “alternativ komanda” iləmi cəmiyyətdən dəstək alacağına ümid edir? Xalq mitinqlərə əşhədu ehtiyac duyursa, bəs onda aksiyaya insanları cəlb etmək üçün söyüş qoymaq kimi alçaqlığa niyə gedirlər?..

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddfdfgfgfgfgf.jpg


Şəkildə gördüyünüz video başlığı tərəfdarlarının və təbliğatçılarının Əli Kərimliyə gerçək münasibətinin də göstəricisidir. Sayğı ünvanı, hörmət sahibi olsaydı, çıxışının altında tərbiyyəsizlik “performansı” göstərilməzdi. “Lider” deyilən adamın çıxışı belə əxlasızlıq nümunəsi ilə müşayət olunursa, küçəyə çıxmaq həvəsinə düşənlər də bundan nəticə çıxarmalıdırlar. Əmin olmalıdırlar ki, bu gün, “Mitinqə gəlməyənlər “filan-filandır” deyənlər, sabah da, “Hərəmiz bir polis öldürək” çağırışı ilə var-yox söyüşü qoyacaqlar... Hə, istədikləri də elə budur: 

Qan tökmək, ölkəni qarışdırmaq, qurub yaradılmış nə varsa hamısı dağıtmaq. Sizə belə bir qorxulu ölkə lazımdır?

Missiya.Az

18 Noyabr 2019 Məşhur türk iş adamı Azərbaycanı Dirçəliş Günü münasibəti ilə təbrik etdi - FOTO
16 Noyabr 2019 Döyüldüyünü iddia edən Güləli Fərziyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"
16 Noyabr 2019 İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
16 Noyabr 2019 Prezident: Savadsız bir demaqoq müdafiə naziri, xırda alverlə məşğul olan biri baş nazir olmuşdu
15 Noyabr 2019 Prezidentdən Bilal Əliyevin yubileyinə hədiyyə: 3 otaqlı ev
15 Noyabr 2019 APA 15 illik yubleyini qeyd edir
15 Noyabr 2019 “Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO
15 Noyabr 2019 Polislər uşaqları yanmaqdan belə xilas etdi - TƏSİRLİ FOTOLAR
15 Noyabr 2019 Şeyx dünənki ziyafətə oğlu və nəvəsi də qatılıb - FOTO
14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
13 Noyabr 2019 Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur - VİDEO
12 Noyabr 2019 Türkiyədə Bayraq günü ilə bağlı silsilə tədbirlər keçirilib
12 Noyabr 2019 Yasamal rayonunun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO