b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_71534876_990361337965852_5578673986448916480_n.jpg

“Prezident İlham Əliyev Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, deyərdim ki, heyrətamiz çıxış etdi. Prezident çıxışı zamanı Ermənistanın baş naziri Nilkol Paşinyanın “Qarabağ Ermənistanın bir parçasıdır. Və nöqtə” kimi sərsəm bəyanatına “Qarabağ Azərbaycandır. Və nida işarəsi” deməklə cavab verdi. Düşünürəm ki, Paşinyanın cavabı doğruz zamanda və doğru yerdə verildi”.


Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasınındakı çıxışından danışarkən deyib.

YAP rəsmisi bildirib ki, Paşinyan sərsəm bəyanatını Xankəndidə, dünya birliyi tərəfindən tanınmayan qondarma respublikanın ərazisində vermişdi: “Prezident İlham Əliyev isə onun cavabını beynəlxalq tədbirdə verdi. Bu tədbirdə Rusiya lideri Vladimir Putinlə yanaşı, nüfuzlu ölkələrin dövlət başçıları, hökumət nümayəndələri, beyin mərkəzlərinin analitikləri iştirak edirdi. Bu baxımdan ölkə baçısının Soçidəki çıxışı daha təsirli oldu. Cənab Prezident tarixi faktlara, BMT-nin qəbul etdiyi sənədlərə əsaslana tarixi bir çıxışa imza atdı. Dünya birliyi Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu Azərbaycanın ərazisi kimi tanıyır. Ölkə başçısının beynəlxalq tədbirdə “Qarabağ - Azərbaycandır və nida işarəsi” ifadəsini səsləndirməsi ölkəmizin münaqişə ilə bağlı qətiyyətli, dönməz mövqeyini ortaya qoyur”.

Ramin Əhmədov vurğulayıb ki, ölkə başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son çıxışı yalnız ermənilərdə qıcıq yaratmayacaq: “Bu çıxış Azərbaycana düşmən kəsilən, ermənilərlə bir mövqedən çıxış edən xaricdəki bəzi xain azərbaycanlıların da xoşuna gəlməyəcək. Bu adamlar məqsədli şəkildə belə təbliğat aparırdılar ki, guya Azərbaycan tərəfi Ermənistandan çəkinir. “Niyə Paşinyanın cavabı verilmir” kimi suallar ətrafında mənasız diskusiyalar qurub, cəmiyyəti çaşdırmağa hesablanmış fikirlər səsləndirirdilər. Bu adamlar unudurlar ki, İlham Əliyev nəinki Qarabağın, Ermənistan ərazilərinin də Azərbaycana aid olduğunu bəyan etmiş liderdir.“Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıblar, deportasiya ediliblər. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır”. Bu bəyanat erməniləri bərk narahat etmişdi. Bəli, İlham Əliyev təkcə Qarabağı deyil, hazırda Ermənastan ərazisi hesab olunan tarixi torpaqlarımızı da azərbaycanlılara qaytarmaq əzmini nümayiş etdirmiş dövlət başçısıdır. Sosial şəbəkələrdə Paşinyana cavab verilməməsi ilə bağlı şivən qoparanlar bilməlidirlər ki, bu gün Azərbaycan kortəbii deyil, ölçülüb-biçilmiş nizamlı siyasət yürüdür. Hansı sözün nə vaxt və harada deyilməli olduğunu dövlət başçısı dəqiq bilir. O, dünya liderlərinin də iştirak etdiyi tədbirdə bir nida ilə Paşinyanı nöqtə qədər kiçiltdi”.

Missiya.Az
24 Yanvar 2020 Tolik 6 ildir çalışdığı müğənnidən ayrıldı
24 Yanvar 2020 Ramin Əhmədovun maraqlı və fərqli seçki kampaniyası - FOTO
24 Yanvar 2020 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib
24 Yanvar 2020 Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO
23 Yanvar 2020 Bakının bu istiqamətlərində 11 yeni metrostansiya tikiləcək - RƏSMİ
23 Yanvar 2020 Ramin Əhmədov: “ İndi qol çirmələyib iş görmək vaxtıdır” - Yasamalda izdiham
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
22 Yanvar 2020 Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
22 Yanvar 2020 Kirayə mənzillərə sahib olmaq istəyənlərə PİS XƏBƏR
22 Yanvar 2020 Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi - Könüllülər ordusu - FOTO
21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO