|
|
![]() |
Qəbələdə Respublika Ağsaqqallar Şurasının, Qəbələ rayon İcra Hakimiyyətinin və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin yeni islahatlar: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda regional konfrans keçirilib.
Missiya.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.15 şəhər və rayondan olan ağsaqqalların və gənclərin iştirak etdiyi konfransda çıxış edənlər Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının ulu öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının isə Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli ideologiyanın həyata keçirilməsi üçün gənclərlə müntəzəm görüşlər təşkil olunduğunu, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını bildirib. Sonra Ağsu, Şamaxı, Ağdaş, Zaqatala, Qobustan, Ucar Rayon Ağsaqqallar Şuralarının sədrləri rəhbərlik etdikləri təşkilatların fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər.