b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1568100528_1568099695.1563864852_761-eli-hesenov.jpg
"Zənnimcə, "Nəsimi ili”nə gözəl töhfələrdən birini də "Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun "Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi "Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı”.
 
Missiya.Az xəbər verir ki, bu fikirləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində paylaşdığı "Nəsimi - 7 böyük ozandan biri” başlıqlı yazısında qeyd edib.
 
"50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 - 1417) 600 illik yubileyi keçirilmiş, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artmışdı. Ana dilimizdə yaratmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca ozanların, muğam ustalarının dilindən düşməyərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən qüdrətli sufi şairin əlyazmalarının tədqiqi həmin vaxtdan etibarən genişlənmiş, əsərləri kütləvi tirajla çap edilmişdi. Təsadüfi deyil ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yeri olan film də məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətdə olduğu zamanda- İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ildə çəkilmiş, baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanmışdı.
 
Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama əsasən işıq üzü görən, oxuculara təqdim və ölkə kitabxanalarına hədiyyə edilən nəşrlər arasında, heç şübhəsiz, Nəsiminin əsərləri də yer almışdı. Hər kəsə o da yaxşı məlumdur ki, dövlət başçımız Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq içərisində olduğumuz 2019-cu ili "Nəsimi ili” elan edib. Prezidentin bu sərəncamından irəli gələrək il ərzində xalqımızın ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş şair haqqında çox sayda elmi və mədəni tədbir keçirilib, araşdırmalar aparılıb, o cümlədən kütləvi informasiya vasitələrində sanballı məqalələr dərc olunub.
Tədbirlər davam edir.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu barədə yayılan açıqlamadan xəbərdarsınız ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü gənclər qoşulacaqlar.
 
Zənnimcə, "Nəsimi ili”nə gözəl töhfələrdən birini də "Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun "Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi "Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı.
 
Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirə layiqdir. Onun xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı.
 
Odur ki, türk dünyasının 7 böyük ozanından biri sayılan Nəsiminin "Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevirilməsinə əmək sərf etmiş hər kəsə təşəkkür edir, böyük məmnuniyyətlə videosunu sizlərlə- öz Facebook dostlarımla paylaşıram. Paylaşıram həm də ona görə ki, Heydər Əliyevin və İlham Əliyevin Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmadıqları barədə qənaətimi bir daha sizlərlə bölüşüm”.
20 Sentyabr 2019 DİN-də yeni - TƏYİNATLAR
19 Sentyabr 2019 "Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə - Əli Həsənov
18 Sentyabr 2019 Bakıda polisi təhqir edən sürücü üzr istədi - VİDEO
17 Sentyabr 2019 Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17 Sentyabr 2019 İlham Əliyev gürcüstanlı naziri qəbul edib
16 Sentyabr 2019 Аzərbaycan əhalisinin sayı açıqlanıb
16 Sentyabr 2019 “İradəcə zəif, savadsız mühacirləri ələ alırlar” - AVP sədri, deputat Fəzail Ağamalı
16 Sentyabr 2019 “Mehriban Əliyeva göstərdi ki, dövlət vətəndaşın taleyinə xüsusi həssaslıqla yanaşır” – Ramin Əhmədov
16 Sentyabr 2019 9 qol vurulan matçda İbrahimoviç het-trik etdi - VİDEO
16 Sentyabr 2019 Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO
14 Sentyabr 2019 Ağsaqqallar Şurası islahatlarla bağlı konfrans keçirdi - Qəbələdə - FOTO
13 Sentyabr 2019 Tanınmış vəkilin öldürməsilə bağlı RƏSMİ MƏLUMAT
13 Sentyabr 2019 Mərhum pilotumuzla bağlı yalan xəbər yayıldı - PUL YIĞIRLAR
12 Sentyabr 2019 “Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə öz münasibətini bildirir” - Əli Həsənov
12 Sentyabr 2019 Əflatun Amaşov: "Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir"
11 Sentyabr 2019 Bakıda iqtidar-müxalifət görüşü
11 Sentyabr 2019 Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçiriləcək
10 Sentyabr 2019 “Biz insanların küçədə halva paylamasına qarışa bilmərik” - Mübariz Qurbanlı
10 Sentyabr 2019 Azərbaycanda olan şahzadənin lüks həyatı - İzləyiciləri heyran oldu
09 Sentyabr 2019 "Uşaqpulu bərpa oluna bilməz" - Mir Şahin