dfgbggdfhgdfhgdfhghfhgf.jpg
“Azərbaycanda prezident İham Əliyev tərəfindən təsdiq edilən növbəti sosial paketin icrasına başlanılacaq. Bununla minimum əməkhaqqının 250 manata çatdırılması nəzərdə tutulub. Həmçinin oktyabrın 1-dən 400 min nəfərin maaşı 20-50 faiz artırılacaq. Bundan başqa, 750 min pensiyaçının müavinətlərinin artırılması hədəflənib. Bu proses yeni deyil və ölkə başçısı maaşların və pensiyaların nəzərəçarpacaq səviyyədə qaldırılacağını hələ sonuncu prezident seçkiləri zamanı elan etmişdi. Verilən qərarlar göstərir ki, Azərbaycan sosial dövlətdir və ölkə başçısı həmişə vətəndaşın yanındadır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov ölkə yürüdülən sosial siyasətin davamlı xarakterdə olması və müsbət nəticələrindən danışarkən deyib. 

Ramin Əhmədov dövlət başçısı İlham Əliyevin sonuncu prezident seçkisində ölkə əhalisinə verdiyi sözü tutduğunu və xalqın etimadını doğrultduğunu vurğulayıb: “İlham Əliyev həm seçki kampaniyası dövründə, həm də ilin əvvəlində bildirmişdi ki, 2019-cu il inkişaf və islahat ili olacaq. Ölkə başçısı verdiyi sözü atdığı addımlarla, vətəndaşların rifah halının yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamlarla təsdiq etdi. Seçkilərdə qələbə qazandıqdan sonra prezident İlham Əliyev şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı fərman imzaladı. Bu fərmanla ölkə başçısı növbəti illərdə də əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinin onun əsas hədəflərindən olacağı ilə bağlı mesaj verdi. “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, - fikirini səsləndirən ölkə başçısı bu sözləri uğurlu kadr siyasəti, struktur və sosial islahatlar paketi ilə bir daha təsdiq etdi. Prezident ilin əvvəlində birinci böyük sosial paketi təsdiqlədi. Həmin sərəncamdan sonra Azərbaycanda milyonlarla vətəndaşın maaşları, müavinətləri və təqaüdləri artırıldı. Bununla milyonlarla vətəndaşımızın gündəlik həyat şəraiti daha da yaxşılaşdırıldı”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_president_muzey_130219_28.jpg

YAP yetkilisi vurğulayıb ki, sosial sahədə atılan addımlar Azərbaycan dövlətinin dayanıqlı iqtisadi imkanlara malik olduğunun göstəricisidir: “Bu gün Azərbaycan dövləti öz gücünə, maliyyə imkanlarına güvənir. Ona görə də əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlar heç bir halda mövsümi xarakterli hesab oluna bilməz. Bu, dövlətin prioritetlərindən irəli gələn dayanaqlı siyasətdir”.

Ramin Əhmədov qeyd edib ki, ölkəmizdə sosial islahatların aparılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük tövhələri var: “Mehriban xanım Əliyeva həmişə vətəndaşların yanında olub, problemlərini yerindəcə dinləyib və həll olunması üçün ciddi tapşırıqlar verib. Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bir çox sosial və humanitar layihələr həyata keçirilib. Mehriban Əliyeva daim əhalinin həssas təbəqələrinin sosial şəraitinə xüsusi diqqət yetirib. Biz demək olar ki, hər ay Mehriban xanımın uşaq evlərinə, qocalar evlərinə, əqli imkanları məhdud uşaqların müalicə mərkəzlərinə, Talassemiya mərkəzlərinə və digər bu kimi mərkəzlərə baş çəkdiyinin şahidi oluruq. Mehriban xanımın bu fəaliyyəti onun dövlət başçısının ən yaxın silahdaşı kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyinin göstərir”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_01MEHRIBANALIYEVAYATAQXANAQOBUKOMPLEKSI.jpg

YAP rəsmisi sonda Azərbaycandakı inkişafı gözü götürməyən, aparılan sosial siyasətə kölgə salmağa çalışan və hər bir cəhdə uğurusuzluğa düçar olan satqınlardan da danışıb. Onun sözlərinə görə, xaricdən Azərbaycan xalqının maraqlarına qarşı kampaniyalar aparan, ayrı-ayrı məmurları təhqir edən, ölkə başçısının apardığı sosial siyasəti gözdən salmağa çalışan xainlərə ən yaxşı cavabı xalqın özü verir: “Azərbaycan vətəndaşları reallıqları anlayır və xaricdən ölkəmizə, xalqımıza və dövlətimizə qarşı qarayaxma kampaniyası aparan dəstələrə cavabı, prezidentin ətrafında sıx birləşməklə verirlər. Onlar nə qədər özlərini yorsalar da, dəridən-qabıqdan çıxsalar da, Azərbaycan vətəndaşı seçdiyi yola sadiqlik nümayiş etdirərək, Prezident İlham Əliyevi dəstədiyi açıq şəkildə ifadə edirlər. Xaricdəki dələduzların əsas məqsədi iqtidarı xalqın gözündən salmaq, ölkədə xaos ab-havası yaratmaq və hakimiyyəti zor gücünə ələ keçirməkdir. Onlar Azərbaycanı qarışdırmaq üçün mənşəyi bilinməyən müxtəlif təşkilatlardan qrant alır və üzərilərinə ölkəmizi qarışdırmaqla bağlı öhtəlik götürürlər. Amma həmin xəyanətkar dəstələr heç nəyə nail ola bilmirlər. Milyonlar xərclənir, “troll” qrupları yetişdirilir, internet televiziyaları vasitəsi ilə müxtəlif çağırışlar edirlər. Nəticə yoxdur və olmayacaq da. Çünki Azərbaycan xalqı milli dəyərlərinə, seşdiyi yola sadiqdir. Xalq anlayır ki, söyüşlə, təhqirlə “silahlanmış” xainlər bu ölkəyə ancaq qan-qada gətirə bilərlər. Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı prezident İlham Əliyevin sosial siyasətini və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi sosial, humanitar, xeyriyyə layihələrini dəstəkləyir. Xalq ölkə başçısının ətrafında sıx birləşib. Vətəndaş öz prezidentinə, iqtidarına inanır və onu dəstəkləyir”.



07 Aprel 2020 Koronavirus insan bədənində belə yayılır - İlk dəfə görüntüləndi - VİDEO
07 Aprel 2020 Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı -RƏSMİ
07 Aprel 2020 DİQQƏT! 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
06 Aprel 2020 "Dövlət öz işini görür, biz də dəstək olmalıyıq" - Ramin Əhmədov
06 Aprel 2020 Nuşirəvan Məhərrəmli işdən çıxarıldı - Yeni sədr
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu
06 Aprel 2020 Giriş-çıxış qadağası bu qəsəbələrə aid deyil - Səbəb isə çox maraqlıdır - Türkiyədə - VİDEO
05 Aprel 2020 Missiya.Az YAP Nizami Rayon Təşkilat ilə birgə daha bir aksiyaya başlayır
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxub
05 Aprel 2020 Koronavirus AzTV-yə müsahibə verdi - VİDEO
04 Aprel 2020 Azərbaycanda işsizlərə 190 manat veriləcək
04 Aprel 2020 Mədət Quliyev Milli qəhrəmanlar adından Prezidentə müraciət ünvanladı
04 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bu gün də davam etdirilib - FOTOLAR
04 Aprel 2020 DİQQƏT! Missiya.Az Qaynar Xətt yaratdı - Yardımla bağlı
04 Aprel 2020 Fövqəladə vəziyyət elan olunarsa, ərzaq talonla veriləcək? - AÇIQLAMA
04 Aprel 2020 Nizami rayonunda koronavirusla bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib - FOTO
04 Aprel 2020 Baş epidemioloqdan əhaliyə xəbərdarlıq
03 Aprel 2020 Koronavirus bu ölkəyə də yayıldı - Prezident açıqladı
03 Aprel 2020 Missiya.Az-ın Yasamalda keçirdiyi yardım aksiyası bu gün də davam edib - FOTOLAR
03 Aprel 2020 298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı