b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_hghghjghjhhhjkhjgygygf.jpg

“Qarabağ” klubu bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.

Missiya.Az
 xəbər verir ki, təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək.

Kiprdə baş tutan ilk qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib və almaniyalı mütəxəssis Tomas Doll ilə iki illik müqavilə bağlayıb. 

Dünən Ağdam klubunun yaydığı məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərdən 24 mini satılıb. Bu gün isə qalan altı min biletin satılacağı proqnozlaşdırılır. 

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək. Baş hakim 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətdə Yan Seydel və Lasse Koslovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq.

“Qarabağ” APOEL səddini keçsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının “pley-off” mərhələsində “Ayaks” (Niderland) - PAOK (Yunanıstan) cütünün qalibi ilə görüşəcək. Bu cütlüyün ilk oyunu 2:2 hesabı ilə başa çatıb.

Əgər təmsilçimiz Kipr klubunu keçə bilməsə, Avropa Liqasının “pley-off”unda “Linfild” (Şimali İrlandiya) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin ilk oyununda “Linfild” 2:1 hesablı qələbəyə sevinib.

 
07 Dekabr 2019 Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR
06 Dekabr 2019 Azərbaycanlıya Pentaqonda yüksək vəzifə verildi - FOTO
06 Dekabr 2019 Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
05 Dekabr 2019 Sabah Azərbaycanda 650 min ağac əkiləcək
05 Dekabr 2019 MİDA-ya yeni TƏYİNAT
05 Dekabr 2019 “Milli Amal” könüllüləri – Abşeronun pərvanələri
05 Dekabr 2019 Mədət Quliyev generala VƏZİFƏ VERDİ
04 Dekabr 2019 İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO
04 Dekabr 2019 Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub - FOTO
04 Dekabr 2019 Prezident yeni icra başçıları təyin etdi - SƏRƏNCAM
04 Dekabr 2019 "Bakı Metropoliteni" bina tikintisini dayandırdı - Vətəndaşlar mənzilsiz qaldı - VİDEO
03 Dekabr 2019 Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi - SƏRƏNCAM
03 Dekabr 2019 Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır
03 Dekabr 2019 Əhaliyə hava xəbərdarlığı - Qar yağacaq
03 Dekabr 2019 SON DƏQİQƏ! Azərbaycanda 5 tələbə qız zəhərləndi
03 Dekabr 2019 "Yenilənmiş Parlament necə olmalı?" sualını Azay Quliyev CBC-yə şərh etdi"
03 Dekabr 2019 Göygöldə Könüllülər Günü münasibətilə tədbir keçirilib - FOTO
02 Dekabr 2019 İctimai şüurdan milli marağa gedən yol
02 Dekabr 2019 İlham Əliyev Gündüz Kərimova yüksək VƏZİFƏ VERDİ