b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fghgjhhghghgjjh.jpg

Mobil operatorların müştərilərə fırıldaq gəlməsiylə bağlı şikayətlər, istifadəçilərin saysız-hesabsız narazılıqları artıq adi hal alıb. Vətəndaşlar ödədikləri vəsait müqabilində keyfiyyətli mobil xidmət ala bilmədikləri ilə yanaşı, vəsaitlərin oğurlanması kimi iddialar da irəli sürürlər. Son dövlər belə iddialar daha çox internet paketlərini əhatə edir. Abunəçilər şikayət edirlər ki, aylıq internet paketləri çox vaxt elan olunmuş trafiklərə uyğun gəlmir.

Bəzən mətbuatda vətəndaşın bir neçə dəqiqədə Azercell-ə 100-200 manat məbləğində borclandığına dair şikayətlərə rast gəlirik. Abunəçilərin belə hallarla bağlı müraciətlərinə isə şirkət hər dəfə bir bəhanə ilə cavab verir.

Azercell-in internet xidmətindən şikayətçi olan Gəncə sakini redaksiyamıza göndərdiyi müraciətdə 5 aylıq Limitsiz İnternet paketi kampaniyasının qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl reklam çağırışları ilə, “5 aylıq Limitsiz İnternet paketi” kampaniyasına qoşulub. Lakin cəmi 20 gündən sonra internet xidməti dayandırılıb. Vətəndaş problemlə bağlı şirkətə müraciət etdikdə isə, ona bildirilib ki, təyin olunmuş limit bitib: “Mən başa düşə bilmirəm, 5 aylıq limitsiz internet paketi 20 günə necə bitə bilər? Limitli, yəni 5, 10, 30 Gb internet xidmətinə qoşulmamışam ki, şirkət “istifadədə israfçlıq kimi hallar” bəhanəsi gətirsin. Bunlar ya Azərbaycan dilini bilmirlər, ya da doğrudan da məqsəd vətəndaşların cibinə girmək, yalançı kampaniyalar vasitəsilə soyğunçuluqla məşğul olmaqdır. Rəsmi elanlarında da göstərilir ki, 5 aylıq internet paketi. Amma 20 günə internet bitdi". 

Şikayətçi qeyd edib ki, o, məsələ ilə bağlı dəfələrlə Azercell-ə müraciət etsə də, 5 aylıq internet paketinin cəmi 20 günə bitməsinin səbəbini izah edən olmayıb: “Necə izah etsinlər? Mən aldığım 5 aylıq paketi heç bir ay da işlədə bilmədim. Bunun adı oğurluq deyilsə, bəs nədir? Bu, vətəndaşlara maddi və mənəvi ziyan vurmaq deyilsə, bəs nədir? 5 aylıq internet paketi adlı kampaniya ilə vətəndaşları cəlb edib nəticədə onlara vəd olunan xidməti göstərməmək, cinayət xarakterli əməl deyilmi? 20 günlük internetə görə Azercell-in məndən 100 manat alması onu göstərir ki, bu kimi məsələlərdə hüquq-mühafizə orqanları şirkətin fəaliyyətinə məxsusi diqqət ayırmalıdırlar. Dövlətimiz və şəxsən cənab Prezident ölkə əhalisinin rifah halını daha da yaxşılaşdırmaq üşün müxtəlif tədbirlər, sosial layihələr həyata keçirir. Lakin təəssüf ki, bəzi şirkətlər ölkədə yürüdülən siyasətə zidd davranış nümunələri sərgiləyir, vətəndaşlara maddi ziyan vurmağa çalışırlar”.

Şikayətçinin dediyi 5 aylıq internet paketi kampaniyası ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, Azercell həqiqətən də belə bir kampaniya keçirib. Şirkətin sosial şəbəkələrdəki səhifələrində də bu barədə elanlar yerləşdirilib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_67772916_2317899415125258_8345007841358118912_n.jpg


Qeyd edək ki, bu kimi problemlərlə bağlı vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də müraciət edirlər. Qurumdan hər dəfə eyni məzmunlu cavab verilir: "Vətəndaş həm yazılı, həm də elektron formada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə bilər. İstənilən halda vətəndaşın müraciətinə baxılır və müvafiq tədbirlər görülür. Əgər vətəndaşın mobil operatorla bağlı şikayəti varsa, biz həmin müraciəti aidiyyatı üzrə operatora ünvanlayırıq. Mobil operator isə problemi araşdırıb, yekun qərar verir".

Məsələ ilə bağlı Azercell-in mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, cəhdlərimiz nəticə vermədi. Bununla belə, şirkətin mövqeyini dəqiqləşdirməyə çalışacağıq.

Missiya.Az



09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
09 İyul 2020 Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO
08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO