b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fffgddfr.jpg

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. 

Missiya.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Belə ki, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi “İVEKO” markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mercedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobilin toqquşaraq yolun sağ hissəsində olan dərəyə aşması nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. 

Aparılmış istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

21 May 2019 Göygöl rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTO
21 May 2019 İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"
21 May 2019 Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - SƏBƏB AÇIQLANDI
20 May 2019 Mahirdən soyadı ilə bağlı növbəti addım - FOTO
20 May 2019 Mehriban Əliyeva və Leyla Əliyeva ziyarətgahda - FOTOLAR
20 May 2019 Prezidentin Brüssel səfəri: Avropa İttifaqı Azərbaycanla ittifaqdan məmnundur – SƏBUHİ MƏMMƏDLİ YAZIR
20 May 2019 İŞİD 14 ölkəyə terrorçu göndərdi – Siyahıda Azərbaycan da varmı? - VİDEO
19 May 2019 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19 May 2019 "Brüssel səfəri göstərdi ki, İlham Əliyev milli maraqları heç nəyə qurban vermir" - Ramin Əhmədov
18 May 2019 Prezidentin Brüssel səfəri – gücün diqtəsi və sarsılmaz milli mövqe
18 May 2019 Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
17 May 2019 Putin Rusiyanın əsas silahını açıqladı
17 May 2019 “Green Card” sistemi dəyişir - Rəsmi
17 May 2019 Bakıda sürücü keçiddə piyadaları belə vurdu - VİDEO
17 May 2019 ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu
16 May 2019 Prezident bu şəxsə “Şöhrət” ordeni verdi - FOTO
16 May 2019 Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 Dilarə və İslamdan qeyri-adi BACARIQ - VİDEO
15 May 2019 Prezident Bakı Ekspo Mərkəzində
15 May 2019 Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO