b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_sdsdsfsfsfsd.jpg

"Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” - bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər".

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.

"Özləri etiraf edirlər ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada - bizim tarixi, qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma “Dağlıq Qarabağın” parlamentini inşa edəcəklər. Nə oldu o parlament? Vurduq dağıtdıq, məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə olacaq. Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!", - dövlət başçısı əlavə edib.



23 Yanvar 2021 Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif edilib
23 Yanvar 2021 Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb
23 Yanvar 2021 Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub
22 Yanvar 2021 Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib
22 Yanvar 2021 Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
21 Yanvar 2021 Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
21 Yanvar 2021 Bakıya qar yağır
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
19 Yanvar 2021 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
19 Yanvar 2021 Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına - Rəsmi cavab
18 Yanvar 2021 Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 2021 Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulacaq
18 Yanvar 2021 Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
16 Yanvar 2021 İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16 Yanvar 2021 Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
15 Yanvar 2021 Çavuşoğlu Rusiyanı Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb