b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfffggggghghghghghhjh.jpg
Fransa senatının xəyali Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanıması ilə bağlı qəbul etdiyi qərəzli qətnamə göstərdi ki, rəsmi Paris ermənipərəst mövqeyini dəyişmək, ATƏT-in Minsk Qrpunun həmsədr ölkəsinın statusuna uyğun gəlməyən davranışlarına düzəlişlər vermək fikirində deyil.

Proseslər göstərir ki, Fransa Azərbaycana qarşı müharibə dövründə sərgilədiyi ədalətsiz mövqeyi münaqişənin diplomatik həll mərhələsində də davam etdirmək niyyətindədir. Sanki Fransa ictimaiyyəti Azərbaycanın haqq işinə qarşı birləşib. Senat üzvlərinin demək olar ki, hamısı məlum sənədin leyinə səs verib. Qətnamə qəbul olunandan bir qədər sonra Fransanın Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Löman sənədin Fransanın dövlət mənafeyinə, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun olmadığını etiraf edib.

Həmçinin bu gün Fransanın Azərbaycandakı səfiri Zaxari Qross da qərəzli qətnaməyə münasibət bildirib. Səfirdən sitat: “Fransanın hökumət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonrakı mərhələyə təsir etməyəcək”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_sdsdsfsfsfds.jpg

Fransa hakimiyyəti özü açıq mövqe nümayiş etdirməkdən çəkindiyi üçün senatın qərarlarının arxasında gizlənir. Amma dövlətin elan olumuş bir vahid mövqeyi, siyasəti olmalıdır. Aydın məsələdir ki, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Əminliklə deyə bilərik ki, Senatın tövsiyə xarakteri daşıyan qətnaməsinin kökündə Fransa hakimiyyətinin ermənipərəst siyasəti dayanır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı vardır. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə növbəti qara səhifə kimi həkk olunur. Rəsmi Paris anlamalıdır ki, heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycanın Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz. Fransaya nə beynəlxalq hüquq, nə də hazırki geosiyasi vəziyyət belə bir tələb irəli sürməyə əsas vermir. 

Sual olunur: 
Əgər Fransa ədalət carçısıdırsa, niyə Senat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirib? Həmçinin niyə Senat Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməyib?.. 

Ötən dövr ərzində qərəzli siyasət yürüdən Paris münaqişənin son həll mərhələsində də riyakarlığından geri çəkilmək niyyətində deyil. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_25501290_517_700x390.jpg

Bəs, Fransa dövləti ikibaşlı siyasət yürütməsinin səbəbləri nədir? 

1. Fransa prezidenti Emmanuel Makron seçkilərdə qalib gəlmək üçün erməniləri bir maşa kimi istifadə edir. Əminliklə deyə bilərik ki, Azərbaycanla bağlı qəbul olunan qətnamə Fransa prezidentin seçki kampaniyasının bir parçasıdır. Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Maraqlıdır ki, qətnaməni qəbul edən senatorların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir təsəvvürü yoxdur. Proseslər göstərir ki, bu, Azərbaycanın haqq işinə qarşı yönəlmiş açıq təxribatdır. Makrona nə Ermənistan, nə də Dağlıq Qarabağ lazım deyil, onun istədiyi Fransada yaşayan 600 min erməninin səsini qazanmaqdır. 

2. Fransa dövləti öz varlığını göstərmək istəyir. Uzun illər Dağlıq Qarabağ münaqişəsində aparıcı mövqe nümayiş etdirən, həmsədr kimi çıxış edən rəsmi Paris münaqişənin son həll mərhələsindən kənarda qalmaq istəmir. Fransa anlamalıdır ki, nümayiş etdirdiyi mövqe onun Dağlıq Qarabağ münaqişəsinin son həll mərəhləsindən kənarda qalmasını şərtələndirən əsas amildir. Artıq Milli Məclis Fransanın həmsədrlikdən uzaqlaşdırılması üçün hökumətə müracit edib. Erməni lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən tələsik qəbul olunan qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə heç bir işə yaramayacaq. İtirən Fransa olacaq. 

3. Rəsmi Parisə Dağlıq Qarabağdakı erməni əhalinin taleyi maraqlı deyil. Fransa Cənubi Qafqazda Türkiyə və Rusiyanın əməkdaşlığından, Ankaranın və Bakının artan siyasi nüfuzundan ciddi narahatlıq keçirir. Fransa anlamalıdır ki, nə Türkiyə, nə də Azərbaycan beynəlxalq hüquqa zidd heç bir addım atmır və bundan sonra da atmayacaq. Fransada fərqli olaraq, nə Azərbaycan, nə də Türkiyə heç bir dövlətdə müstəmləkə siyasəti aparmayıb, xalqlara qarşı soyqırımı həyata keçirməyib və onların sərvətlərini talamayıb. Azərbaycan öz əzəli torpaqlarını 30 illik işğaldan azad etmək üçün Zəfər Yürüşünə başlayıb, qan qardaşımız Türkiyə isə Azərbaycana haqq işində dəstək olub. Narahatlığa heç bir əsas yoxdur. 


b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_gfgfgfgfgfgfgfgfgfgf.jpg

Amma Fransa nümayiş etdirdiyi aqressiv, ikibaşlı siyasətdən narahat olmalıdır. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixi, siyasi və hüquqi aspektləri təhrif edilir. Qərəzli qətnamə Fransanın münaqişələrin həllində tərəfsizlik prinsipinə əsaslənan imici sarsıdır. Həmçinin rəsmi Paris ilk növbədə etibarlı tərəfdaş, Qafqazın ən güclü iqtisadiyyatı olan Azərbaycanı birdəfəlik itirə bilər.

Digər tərəfdən, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini formalaşdırır. Fransa dövləti belə bir qətnamənin qəbul olunmasına şərait yaratmaqla beynəlxalq hüquqa və öz ərazi bötövlüyünə zidd addım atmış, hörmətsizlik etmiş olur.

Birinci, beynəlxalq hüquqa görə hazırda BMT-yə daxil olan dövlətlərin sərhədləri toxunulmazdır. Senatın qəbul etdiyi qətnamə isə dünyada separatizmin populyarlaşması, suveren dövlətlərin sərhədlərinin açıq təhdidlə üz-üzə qalması baxımından pis nümunədir.

İkinci, Fransa anlamalıdır ki, onun da sərhədləri daxilində müxtəlif xalqlar yaşayır. Həmçinin Fransa sərhədlərindən çox uzaqlarda yerləşən okeanlarda və materiklərdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa əsarət altında saxladığı xalqların, müstəqillik uğrunda mübarizə aparan separatçı qurumların müqavimətini ən vəhşi üsullarla boğmaqda davam edir.

Əgər həmin separatçı qruplar, arxasına hər hansı super gücü alıb Fransaya qarşı müstəqillik müharibəsinə başlasa, ölkənin sərhədlərini təhdid etsə, rəsmi Parisin mövqeyi necə olardi? Senatda məsələ qalıdırıb həmin separatçıların müstəqillik aktini qəbul edərdilərmi?
Əlbəttə ki, yox! Əminliklə deyə bilərik ki, ən qəddar formada cavab verərdi! Azərbaycan isə sərhədləri daxilində qurulan qondarma respublikanın fəaliyyətinə 26 il dözdü, səbr etdi və beynəlxalq hüquqa hörmətlə yanaşmaq baxımından münaqişənin sülh yolu ilə həll olunmasına tövhə verdi. Azərbaycan bu müddət ərazində lazımi nəticə əldə etmədiyi üçün hərbi gücdən istifadə etdi və nəticə göz qabağındadır. Fransanın qərəzli, ermənipərəst mövqeyi heç nəyi dəyişən deyil.

Azərbaycan öz ərazi bötövlüyünü beynəlxalq hüquqa əsaslanaraq bərpa edib. Heç bir güc Azərbaycanı mövqeyindən geri çəkindirə bilməz. Ona görə də Fransa mövqeyinə düzəliş etməli, Azərbaycanla qurulmuş çoxəsirlik əlaqələrə, iqtisadi münasibətlərə və beynəlxalq hüquqa hörmətsizlik etməməlidir. Rəsmi Paris təcili şəkildə Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməklə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə etməlidir.

Missiya.Az


23 Yanvar 2021 Eldar Quliyev “İstiqlal” ordeni ilə təltif edilib
23 Yanvar 2021 Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb
23 Yanvar 2021 Nazirlik: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub
22 Yanvar 2021 Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib
22 Yanvar 2021 Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
21 Yanvar 2021 Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
21 Yanvar 2021 Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
21 Yanvar 2021 Bakıya qar yağır
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub
20 Yanvar 2021 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2021 Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı
19 Yanvar 2021 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
19 Yanvar 2021 Nazirlə TƏBİB rəhbərinə vaksin vurulmaması iddialarına - Rəsmi cavab
18 Yanvar 2021 Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 2021 Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulacaq
18 Yanvar 2021 Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
16 Yanvar 2021 İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16 Yanvar 2021 Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
15 Yanvar 2021 Çavuşoğlu Rusiyanı Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb