b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ffgfgghfhfghghggfgf.jpg

Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də, iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq, Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edək ki, cari il 18 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunmuşdur. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur.

Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib.

15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Bu da bir daha Ermənistan Respublikası tərəfindən “Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Əminik ki, qısa zamanda rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və bütün tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun şəkildə bərpa edilib yenidən xalqımıza qaytarılacaq.


27 Noyabr 2020 KİV: Ermənistan prezidenti açıq oyuna başlayıb
26 Noyabr 2020 Fransa bu gedişlə öz ərazi bütövlüyünü də təhdid altına salacaq – ŞƏRH
26 Noyabr 2020 XİN:Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur
25 Noyabr 2020 İlham Əliyev: "Kəlbəcərin işğalı o vaxt hakimiyyətdə olmuş Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir"
24 Noyabr 2020 İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub
23 Noyabr 2020 Bayden: “Amerikalılar daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə səbr göstərməyəcək”
21 Noyabr 2020 Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir - Mövlud Çavuşoğlu
20 Noyabr 2020 Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı
20 Noyabr 2020 Ordumuzun yaratdığı vahimə, heyrətamiz siyasi gediş və xalqın qəzəbi – AĞDAMI döyüşərək aldıq!
20 Noyabr 2020 İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir
19 Noyabr 2020 Ramiz Mehdiyev İdarəçilik Akademiyasından uzaqlaşdırıldı - Yerinə yeni təyinat
18 Noyabr 2020 Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
17 Noyabr 2020 Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”
16 Noyabr 2020 Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
15 Noyabr 2020 Lukaşenko ona sui-qəsdin təşkil etməyə cəhd edildiyini bildirib
13 Noyabr 2020 Vahid Əhmədovdan Polad Bülbüloğluna sərt sözlər: "Sanki Sergey Lavrovdur"
12 Noyabr 2020 Sergey Lavrov: “Ermənistan müxalifəti Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmanı spekulyasiya etməyə çalışır”
11 Noyabr 2020 Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi - Zakir Həsənov
09 Noyabr 2020 Prezident:"Bu, sual deyil, ittihamdır, siz prokuror kimi danışırsınız..."
05 Noyabr 2020 Prezident: "Bizi ittiham etməyə çalışanlar nə üçün Ermənistan tərəfindən muzdluların döyüşdüyünü görmürlər?"