b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_yhgguuyuyuy.jpg
Baş Nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurub.
 
Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
 
Qeyd olunur ki, Ermənistan rəhbərliyinin mövqeyi regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarıb.
 
"Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir”, - deyə XİN-in açıqlamasında deyilir.
 
Bildirilir ki, beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini edib.
 
"Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan edib. Beləliklə danışıqlara zərbə vurub. Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın "cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir”.
 
Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan "yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan, bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib”.
 
Rəsmi Bakı bəyan edir ki, Ermənistan Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsini həyata keçirir. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür.
 
Rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.
 
"Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatıb. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdüb.
 
Bu "sınaq” hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük edib”.
XİN açıqlayır ki, Ermənistan öz qüvvələrini təmas xətti boyunca cəmləşdirib.
 
"Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur”, - deyə XİN əlavə edir.  
 
Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan edib.
 
Rəsmi Bakı Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır:
 
"Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.
 
Prezident cənab İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaq”.

21 Oktyabr 2020 DİN əhaliyə xəbərdarlıq etdi
20 Oktyabr 2020 Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ
19 Oktyabr 2020 Hikmət Hacıyev: "Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır"
15 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür”
14 Oktyabr 2020 Prezident: "İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir"
13 Oktyabr 2020 Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Prezidentə məktub yazdı
12 Oktyabr 2020 İlham Əliyevin idarə etdiyi iki müharibə - Qalib Azərbaycandır!
12 Oktyabr 2020 İlham Əliyev: "Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib"
08 Oktyabr 2020 Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
07 Oktyabr 2020 Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
06 Oktyabr 2020 Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”
02 Oktyabr 2020 Hikmət Hacıyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür etdi
01 Oktyabr 2020 Rəcəb Tayyib Ərdoğan: "Atəşkəs tələbləri yersizdir"
30 Sentyabr 2020 İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"
28 Sentyabr 2020 Komendant saatında bu şəxslər çölə çıxa biləcək - Siyahı
23 Sentyabr 2020 “Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi” - Hikmət Hacıyev
22 Sentyabr 2020 DTX vətəndaşlara müraciət etdi
18 Sentyabr 2020 Azərbaycan generalları Ermənistanla sərhəddə - FOTO
14 Sentyabr 2020 İlham Əliyev: “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül qaçılmazdır”
11 Sentyabr 2020 Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq