b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ffdfgfgfdfddfdf.JPG

Dünən Xarici İşlər Naziri Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə telefon danışığı baş tutub.

Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş katib Hadi Süleymanpurun səmimi təbriklərini qəbul edən nazir Ceyhun Bayramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə Baş katibi məlumatlandırıb.

Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda hərbi işğalın davam etməsinin durduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ermənistanın son hərbi təxribatı ilə bağlı Baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H.Süleymanpura təşəkkürünü ifadə edib.


01 Dekabr 2020 Azərbaycan Prezidenti: "Hanı o şərt? Cəhənnəmə getdi"
01 Dekabr 2020 Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb
30 Noyabr 2020 Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
27 Noyabr 2020 KİV: Ermənistan prezidenti açıq oyuna başlayıb
26 Noyabr 2020 Fransa bu gedişlə öz ərazi bütövlüyünü də təhdid altına salacaq – ŞƏRH
26 Noyabr 2020 XİN:Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur
25 Noyabr 2020 İlham Əliyev: "Kəlbəcərin işğalı o vaxt hakimiyyətdə olmuş Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir"
24 Noyabr 2020 İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub
23 Noyabr 2020 Bayden: “Amerikalılar daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə səbr göstərməyəcək”
21 Noyabr 2020 Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir - Mövlud Çavuşoğlu
20 Noyabr 2020 Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi başa çatdı
20 Noyabr 2020 Ordumuzun yaratdığı vahimə, heyrətamiz siyasi gediş və xalqın qəzəbi – AĞDAMI döyüşərək aldıq!
20 Noyabr 2020 İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir
19 Noyabr 2020 Ramiz Mehdiyev İdarəçilik Akademiyasından uzaqlaşdırıldı - Yerinə yeni təyinat
18 Noyabr 2020 Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
17 Noyabr 2020 Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”
16 Noyabr 2020 Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
15 Noyabr 2020 Lukaşenko ona sui-qəsdin təşkil etməyə cəhd edildiyini bildirib
13 Noyabr 2020 Vahid Əhmədovdan Polad Bülbüloğluna sərt sözlər: "Sanki Sergey Lavrovdur"
12 Noyabr 2020 Sergey Lavrov: “Ermənistan müxalifəti Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmanı spekulyasiya etməyə çalışır”